Accessibility links

NATO-nun başçılığı ilə Əfqanıstandakı beynəlxalq qüvvələrin mandatı daha bir il uzadılıb


NATO-nun başçılığı ilə Əfqanıstandakı beynəlxalq qüvvələrin mandatı daha bir il uzadılıb
NATO-nun başçılığı ilə Əfqanıstandakı beynəlxalq qüvvələrin mandatı daha bir il uzadılıb

BMT-nin Təhlükəsizlik Şurası NATO-nun başçılığı ilə Əfqanıstandakı beynəlxalq qüvvələrin mandatını daha bir il uzadıb. Şura üzvləri tərəfindən yekdilliklə qəbul edilən qərar 130 min əsgəri qüvvənin Əfqanıdstanda qalmasını təmin edir. Təhlükəsizlik Şurası BMT-yə üzv ölkələri Əfqanıstanı əlavə qüvvələr, təchizat və mənbələrlə təmin etməyə çağırıb. NATO rəsmiləri Əfqanıstan əməliyyatlarında son aylar ciddi nailiyyətlər əldə edildiyini bildirir. Amerikanın başçılıq etdiyi NATO koalisiyası iyul ayından ölkənin bəzi ərazilərində təhlükəsizliyin məsuliyyətini əfqan qüvvələrinə həvalə edib. Bütün döyüş qüvvələri Əfqanıstanı 2014-cü ilin sonunadək tərk etməlidir.

XS
SM
MD
LG