Əfqanıstanın şimal Fəryab vilayətində bomba partlayışı 5 uşağın ölümünə səbəb olub. Gormaç rayon polisinin bildirdiyinə görə, partlayış uşaqların çobana yardım etdiyi vaxt baş verib. Hadisə zamanı 4 adam həlak olub, bir nəfər yaralanıb.
Əfqanıstan prezidenti Həmid Karzay və NATO rəsmiləri hücumu qınayıb.
Beynəlxalq yardım qüvvələrinin komandiri, general Con Allen hücumu faciə kimi qiymətləndirərək, əfqan yaraqlılarının insan həyatına hörmət göstərmədini deyib.