Accessibility links

Almaniya prezidenti Xristian Vulff Əfqanıstana səfər edib


Almaniya prezidenti Xristian Vulff Əfqanıstana səfər edib
Almaniya prezidenti Xristian Vulff Əfqanıstana səfər edib

Almaniya prezidenti Xristian Vulff bu gün gözlənilmədən Əfqanıstana səfər edib. Əfqanıstan prezidenti Həmid Karzayla görüşən cənab Vulff dekabr ayında Bonnda keçiriləcək Əfqanıstan konfransına hazırlıq məsələlərini müzakirə edib.

Almaniya lideri deyib ki, 2014-cü ildə xarici qüvvələrin Əfqanıstanı tərk etməsindən sonra belə hər iki ölkə dost və tərəfdaşlıq münasibətlərini davam etdərəcək.

Əfqanıstan prezidenti Həmid Karzay qarşıdan gələn konfransın ölkənin rifahı, sabitliyi və sülhünə təməl qoyacağına inandığını deyib.

Almaniyanın NATO-nun başçılıq etdiyi beynəlxalq qüvvələr tərkibində 5 min əsgəri xidmət göstərir.

Vulff son 44 ildə Əfqanıstana səfər edən ikinci Almaniya prezidentidir.

XS
SM
MD
LG