Accessibility links

Kabildə etiraz aksiyası keçirilib


Kabildə etiraz aksiyası keçirilib
Kabildə etiraz aksiyası keçirilib

Əfqanıstan müharibəsinin başlanğıcının 10-cu ildönümü ərəfəsində paytaxt Kabildə etiraz aksiyası keçirilib. 200-ə yaxın əfqan xarici qüvvələrin ölkəni tərk etməsinə çağırıb. Hazırda Əfqanıstanda 130 min beynəlxalq əsgəri qüvvə var.

NATO və ABŞ 2014-cü ilin sonunadək təhlükəsizliyin məsuliyyətini əfqan qüvvələrinə həvalə etməyi planlaşdırır. Ötən iyun ayından ABŞ prezidenti Barak Obama 33 min əsgərdən ibarət hərbi qüvvəni Əfqanıstandan çıxarmağa başlayıb.

XS
SM
MD
LG