Accessibility links

10 il keçməsinə baxmayaraq NATO hələ də Taliban və Əl-Qaidə qüvvələri ilə mübarizəni davam etdirir


10 il keçməsinə baxmayaraq NATO hələ də Taliban və Əl-Qaidə qüvvələri ilə mübarizəni davam etdirir
10 il keçməsinə baxmayaraq NATO hələ də Taliban və Əl-Qaidə qüvvələri ilə mübarizəni davam etdirir

2001-ci ilin sonunda Əfqanıstan qüvvələri ABŞ və NATO-nun köməyi ilə Taliban qüvvələrini Kabildən çıxmağa məcbur etsə də, aliyans qüvvələrinin sayı az olduğu üçün Taliban döyüşçüləri geriyə, Əfqanıstana qayıtdı

2001-ci il sentyabrın 11-i hücumlarından sonra Birləşmiş Ştatlar və NATO qüvvələri oktyabr ayının 7-də Əfqanıstandakı Taliban və Əl-Qaidə ekstremistlərinə qarşı hərbi əməliyyatlara başladı. Çoxları 10 il bundan əvvəl Əfqanıstanda hakimiyyətdə olan Talibanın tez bir zamanda hakimiyyəti tərk edəcəyini düşünmürdü.

2001-ci ilin sonunda Əfqanıstan qüvvələri ABŞ və NATO-nun köməyi ilə Taliban qüvvələrini bombalayaraq, Kabildən çıxmağa məcbur etdilər. Əl-Qaidə və Taliban liderləri Tora-Bora dağlarına çəkildi və bu günədək mübarizəni davam etdirir. Tənqidçilər isə onlara qaçmağa imkan verilməsinə səbəbin ölkədə alyans qüvvələrinin lazımi qədər olmadığı səbəbindən olduğunu deyirlər ki, NATO bununla razılaşır.

Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin generalı Karsten Ceykobson: “2009-cu ilə qədər, illərdir çox səhvlərə yol verildi. Mən onu deyə bilərəm ki, biz Talibanın gücünü düzgün qiymətləndirmədik, 2001-1002-ci illərdəki nailiyyətlər bizim başımızı gicəlləndirmişdi. Biz ölkəyə lazımi qədər qüvvə gətirməmişdik.”

Aliyans qüvvələrinin sayının az olduğu üçün Taliban döyüşçüləri geriyə, Əfqanıstana qayıdaraq, bəzi əraziləri ələ keçirməyə nail oldular. NATO qüvvələrinin gücü az olsa da mövqeləri saxlaya bildi.

2003-cü ildə isə ABŞ diqqətini başqa tərəfə, İraqdakı müharibəyə yönəltdi. ABŞ ordusu yaraqlıların taktikasını öyrənənə və yerli təhlükəsizlik qüvvələrinə təlimlər keçmək barədə qərar qəbul edənə qədər burada da bir çox problemlərlə üzləşildi.

General Karstin Ceykobson: “İraqdan çox dərslər öyrənildi. 2008 və 2009-cu illərdə aydın oldu ki, qiyamçıları məğlub etməklə paralel təhlükəsizlik qüvvələrini təkmilləşdirmək lazımdır.”

Bundan sonra prezident Obamanın diqqəti yenidən Əfqanıstana yönəldi. 2009-cu ildə oraya əlavə hərbi qüvvə göndərildi. Pakistanla sərhəddki üsyançıların mövqelərinin dağıdılması üçün pilotsua təyyarələrdən istifadə etməklə yanaşı, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin də sayı artdı.

Əfqanıstana Birləşmiş Ştatların Birgə Qərargahlar rəisi vəzifəsinə təyin edilən admiral Mayk Mallen vəzifəsinin icrasına başlayarkən bunları dedi: “Əfqanıstanın düşmənləri və koalisiyaya qarşı olanlar son illər güclü hücumlarla üzləşdilər. Onlar mövqelərindən uzaqlaşdırıldılar. Onların yerli sakinlər üzərində təsiri itdi. Onların liderləri öldürüldü və ya ələ keçirildi.”

Bu faktları gətirən admiral Mallen bütün bunların cüzi müvəffəqiyyətlər olduğunu da qeyd etdi.

Hal-hazırda üsyançılar diqqəti daha geniş hücumlara, maşınlarda bomba hücumlarına və qətllərə yönəldib. Lakin məsələnin başqa həll yolu, danışıqlar yolu da istisna edilmir.

NATO-ya üzv olan bir neçə ölkə 2014-cü ilədək əlkədən hərbi qüvvələrini çıxarmağı planlaşdırılır. O vaxta qədər isə Əfqanıstan müharibə şəraitində yaşayacaq.

XS
SM
MD
LG