Accessibility links

Taliban 21-ci əsrin texnologiyası ilə ayaqlaşmağa çalışır


Taliban 21-ci əsrin texnologiyası ilə ayaqlaşmağa çalışır
Taliban 21-ci əsrin texnologiyası ilə ayaqlaşmağa çalışır

İndi Talibanın rəsmi saytı var. Talibanın saytında müxtəlif dillərdə - paştu, dari, ərəb, urdu, hətta ingilis dilində məlumatlar almaq olar

Taliban sosil-media şəbəkəsindən, o cümlədən Facebook və Twitterdən istifadə edir. İndi Talibanın rəsmi saytı var. Talibanın saytında müxtəlif dillərdə - paştu, dari, ərəb, urdu, hətta ingilis dilində məlumatlar almaq olar.

Web-səhifənin baş gərargahının Əfqanıstandan kənarda olduğunu guman edən mütəxəssislərin səhifəni dəfələrlə bağlamasına baxmayaraq, səhifə tez bir zamanda fəaliyyətini bərpa edə bilib.

Təzad üçün, Əfqanıstan hökumətinin də rəsmi saytı var. Onun da fəaliyyəti uzun müddət dayandırılmışdı və yalnız bu yaxınlarda yenidən işini bərpa edilib.

Həm hökumət, həm də Taliban vaxtaşırı e-mail vasitəsi ilə jurnalistlərə məlumat verir. Əfqanıstanda mediaya nəzarət edən Siddiqulla Tohidi saytlardan birinin informasiya ötürülmasində daha çox imkana malik olduğunu deyir: “Taliban sözçüsü müasir texnologiyaya və mobil telefon kimi imtiyazlara malikdir. Buna görə də onların həmişə müxbirlərlə əlaqəsi var və istənilən məlumatı çatdıtra bilirlər. Əfqanıstan hökuməti isə məlumatlarını mediaya çatdırmaqda çətinliklərlə üzləşir.”

Əfqanıstandakı mobil telefon sistemi Karzai hökumətinə nailiyyətlər gətirdiyi bir vaxt, Taliban bundan əsasən təşviqat məqsədi ilə istifadə edir. Əfqanıstanın Pajvuk xəbər agentliyindən Daniş Karoxel Talibanın hədə-qorxu üçün də mobil telefondan istifadə etdiyini deyir: “Bizim müxbirlərə telefon vasitəsi ilə hədə-qorxu gəlinməklə yanaşı, onlar oğurlanır və döyülürlər. Keçən il bi üç müxbirimizi itirdik.”

1990-cı illərdə, Əfqanıstanda nəzarət əlində olduğu vaxt Taliban televiziyaya, musiqiyə, filmlərə qadağa qoymuşdu. Lakin müharibənin getdiyi 10 il müddətində Taliban 21-ci əsrin texnologiyası ilə ayaqlaşarağa çalışır.

XS
SM
MD
LG