ABŞ dövlət katibi Hillari Klinton deyir ki, Taliban ya danışıqlarda iştirak etməlidir, ya da təqib olunmaqda davam edəcək.
Kabildə Əfqanıstan prezidenti Həmid Karzayla birgə keçirdiyi mətbuat konfransında Klinton həmçinin qeyd edib ki, Pakistan Əfqanıstanın gələcəyində mühüm rol oynaya bilər və bu üç millət birgə işləməlidir.
“Biz gözləyirik ki, Pakistan terrorizmə qarşı mübarizədə estafeti ələ alacaq, çünki terrorizm həm əfqanlara həm də pakistanlılara təhlükə törədir. Biz vuruşacağıq, qurub yaradacağıq. Onlar ya bizə kömək edə bilərlər, ya da mane ola.”
Klinton və Karzay görüşdə Talibanla barışıq səylərini və müharibənin zədə vurduğu ölkədə siyasi keçidi müzakirə ediblər.