Accessibility links

Barak Obama Avstraliyaya yola düşüb


Barak Obama Avstraliyaya yola düşüb
Barak Obama Avstraliyaya yola düşüb

ABŞ prezidenti Barak Obama iqtisadiyyat və təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədi ilə Avstraliyaya yola düşüb. O, Avstraliyaya Havayda ev sahibliyi etdiyi APEC ölkələrinin sammitindən sonra gedir. Kanberrada ABŞ dövlət başçısının Avstraliyanın baş naziri Culiya Gillardla görüşü gözlənilir. Daha sonra prezident Darvin şəhərində Amerikanın dəniz qüvvələri bazasının açılacağını elan etməlidir.

Cənab Obamanın səfəri ABŞ-Avstraliya müdafiə sazişinin əldə edilməsinin 60-cı ildönümünə təsadüf edir. Barak Obama Avstraliyaya səfər edən beşinci ABŞ prezidentidir. Prezident Avstraliyadan İndoneziyanın Bali şəhərində keçiriləcək APEK sammintə yola düşəcək.

XS
SM
MD
LG