Accessibility links

İran İraqın işlərinə müdaxilə etmək planları olmadığını bildirir


İran İraqın işlərinə müdaxilə etmək planları olmadığını bildirir
İran İraqın işlərinə müdaxilə etmək planları olmadığını bildirir

İran prezidenti Mahmud Əhmədinejad deyib ki, ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılması İranın İraqın işlərinə daha yaxından cəlb olunmasına gətirib çıxarmayacaq.

İran perzidenti bu açıqlamanı şənbə günü CNN tele-kanalına müsahibə zamanı verib. O deyib ki, ABŞ hərbi qüvvələri İraqı daha əvvəl tərk etməli idi və öz hərbi personalına necə təlim vermək haqda qərarı İraq özü verməlidir. Iran prezident prezidentinin sözlərinə görə, Yaxın Şərqdə Birləşmiş Ştatlara nifrət edilir. O, regionun ABŞ-ın təzyiqlərinə məruz qalmamalı olduğunu əlavə edib.

Cənab Əhmədinejad habelə bildirib ki, İran Suriya hökumətini və ölkə müxalifətini anlaşma əldə etməyə təşviq etmək üçün daha artıq səy göstərməyi planlaşdırır. Onun bildirdiyinə görə, xaricdən müdaxilə olmamalıdır.

Dəməşq İranın regionda ən yaxın müttəfiqi hesab edilir.

Iran lideri eyni zamanda, ABŞ və Qərb dövlətlərini Liviyada NATO əməliyyatlarında iştiraka görə kəskin tənqid edib. O deyib ki, NATO-nun hava hücumları kampaniyası Liviyada münaqişənin dərinləşməsinə gətirib çıxarmışdır.

XS
SM
MD
LG