Demokratiya və İnsan Haqları Mərkəzi dünənki iclasında noyabrın 19-da saat 12-də “Siyasi məhbuslara azadlıq!” şüarı ilə piket keçirilməsi barədə qərar qəbul edib. Bu gün artıq piketin keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib. Bu barədə Xalq Partiyasınınsədri Pənah Hüseyn Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, piket Prezident Administrasiyası, Ali Məhkəmə və ya Baş Prokurorluğun binasının qarşında keçiriləcək. “Piketin bu üç qurumdan hansının qarşısında keçiriləcəyi ilə bağlı əlavə məlumat veriləcək”, o qeyd edib.
Demokratiya və İnsan Haqları Mərkəzində Klassik Xalq Cəbhəsi, Müsavat, Demokrat, Ümid, Azadlıq, Liberal Demokrat, Vətəndaş və İnkişaf, Aydınlar, Böyük Azərbaycan, Xalq, Azad Demokrat partiyaları təmsil olunur.