Accessibility links

Milli Şuranın “Azad et!” mitinqi [Videolar] [Fotoqalereya]


Amerikanın Səsi aksiyadan videoları təqdim edir

Milli Şuranın sədri Cəmil Həsənlinin çıxışından sonra mitinqin qətnaməsini “Nida” Vətəndaş Hərəkatının öncüllərindən olan Məcid Mərcanlı oxuyub.

Qətnamədə siyasi məhbuslara azadlıq, fundamental azadlıqların təmin olunması, seçki islahatlarının həyata keçirilməsi, Avropa İttifaqına inteqrasiya, korrupsiyaya son qoyulması, sosial müdafiəni gücləndirmək tələbləri yer alır.

Qətnamədə həmçinin mitinqlərin bundan sonra da davam etdiriləcəyi bildirilir.

Mitinqlə bağlı Amerikanın Səsi vasitəsi ilə AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli fikirlərini bölüşüb.

Milli Şuranın 9 noyabr mitinqi
please wait

No media source currently available

0:00 0:01:30 0:00

***

Milli Şuranın sədri, tarixçi professor Cəmil Həsənli çıxışında tanınmış məhbuslardan Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, Anar Məmmədli, Taleh Bağırov, Əvəz Zeynallı, Nemət Pənahlı və başqalarının adlarını sadalayaraq onlara azadlıq istəyib.

O, hakimiyyətin ictimai-siyasi, sosial-iqtisadi siyasətini kəskin tənqid edib və deyib ki, zülm olan yerdə dirəniş olmalıdır.

Bununla belə o çıxışında gələn il parlament seçkilərinin gəldiyini xatırladaraq, Azərbaycanda hakimiyyətin legitim olmadığını bildirib.

***

Mitinq davam edir. Tribunadan Milli Şuranın sədri Cəmil Həsənli çıxış edir. Cəmil Həsənli deyir:

"Qurucu babalarımız yoxdan bir bayraq yapdılar, onu ucaltdılar. Bu gün o bayraq bizim başınız üzərindədir. Yenə də millətimiz bu bayrağın kölgəsinə sığınıb. Millətin ruhu bayrağa hopanda, o simvoldur. Bunsuz bayraq bir bez parçasıdır".

Milli Şuranın 9 noyabr mitinqində MŞ-nın sədri Cəmil Həsənlinin çıxışı
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Milli Şuranın 9 noyabr mitinqində MŞ-nın sədri Cəmil Həsənlinin çıxışı
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Milli Şuranın 9 noyabr mitinqində MŞ-nın sədri Cəmil Həsənlinin çıxışı
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Milli Şuranın 9 noyabr mitinqində MŞ-nın sədri Cəmil Həsənlinin çıxışı
please wait

No media source currently available

0:00 0:01:30 0:00

***

Mitinqdə "Avropa Birliyi ilə Assosiativ saziş imzalansın!", "Seçki Məcəlləsi dəyişdirilsin!", "Siyasi repressiyalara son qoyulsun!", "İstefa" və s. şüarlar qaldırılıb.

Milli Şuranın mitinqi
Milli Şuranın mitinqi

Daha sonra isə mitinqin tribunadasına elektrik verilməsi dayandırılıb.

***

AXCP sədri Əli Kərimli mitinq iştirakçıları qarşısında çıxış edir. O, çıxşında indiki hakimyyəti tənqid edib.

Əli Kərimli deyib ki, Azərbaycanda Belorusdan iki dəfə artıq siyasi məhbus var:

"Orta Asiya ilə müqayisədə bizdə siyasi məhbus daha çoxdur. Amma bu ölkələrdə müxalifət susdurulub. Azərbaycanda isə repressiyalara baxmayaraq, minlərlə adam ayaqdadır, burdadır, meydandadır".

Milli Şuranın 9 noyabr mitinqində AXCP sədri Əli Kərimlinin çıxışı
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Milli Şuranın 9 noyabr mitinqində AXCP sədri Əli Kərimlinin çıxışı
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Milli Şuranın 9 noyabr mitinqində AXCP sədri Əli Kərimlinin çıxışı
please wait

No media source currently available

0:00 0:01:30 0:00

***

Polis tələb edir ki, jurnalistlər mitinq zamanı məhdud dairədə işləsinlər.

Mitinq təşkilatçıları deyirlər ki, polisin mitinqi necə təşkil edilməsinə və ya keçirilməsinə qarışmağa ixtiyarı yoxdur. Polisin vəzifəsi təhlükəsizliyə nəzarət etməkdir.

Mətbuat nümayəndələrinin və mitinq iştirakçılarının etirazlarından sonra həmin "dəmir hasar" yığışdırlıb.

***

Bu gün Demokratik Qüvvələrin Milli Şurası Bakıda “Məhsul” stadionunda “Siyasi məhbuslara azadlıq!” və insan haqlarının müdafiəsi şüarları ilə mitinq keçirir.

Mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. 9 noyabr həmdə ölkədə Dövlət Bayrağı günüdür.

Milli Şuranın mitinqi
Milli Şuranın mitinqi

Mitinqdə Milli Şuraya daxil olan siyasi qüvvələrlə yanaşı, insan haqları müdafiəçiləri, ziyalılar, ictimai xadimlər və ictimaiyyət iştirak edir.

Mili Şuranın sədrim Cəmil Həsənli bildirir ki, "Azad et!" şüarı ilə keçirilən mitinqi siyasi məhbuslara azadlıq tələb edir. “Bu haqsızlıqlara etiraz mitinqidir”, o qeyd edib.

Milli Şura “Siyasi məhbuslara azadlıq!” şüarı altında oktyabrın 12-də mitinq keçirib.

Milli Şuranın 9 noyabr mitinqi
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Milli Şuranın 9 noyabr mitinqi
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Milli Şuranın 9 noyabr mitinqi
please wait

No media source currently available

0:00 0:00:28 0:00

Milli Şuranın 9 noyabr mitinqi
please wait

No media source currently available

0:00 0:00:56 0:00

XS
SM
MD
LG