Accessibility links

İşçi qrupu siyasi və xəstəlikdən əziyyət çəkən məhbuların məsələsini müzakirə edib


Hüquq müdafiəçisi Novella Cəfəroğlu
Hüquq müdafiəçisi Novella Cəfəroğlu

Noyabrın 12-də müxtəlif hökumət qurumlarının, deputatların və QHT təmsilçilərinin üzv olduğu Insan Hüquqları üzrə Birgə İşçi Qrupunun Avropa Şurasının təmsilçiləri ilə birgə növbəti iclası olub. İclasda işçi qrupunun üzvləri tam tərkibdə iştirak edib, həmçinin Daxili İşlər Nazirliyinin nümayəndəsi də toplantıya qatılıb.

İşçi qrupunun üzvü Novella Cəfəroğlu Amerikanın Səsinə bildirib ki, iclasda xəstəlikdən əziyyət çəkən məhbuslar, eləcə də siyasi məhbusların məsələləri müzakirə edilib.

Keçmiş səhiyyə naziri Əli İnsanovun, REAL Hərəkatının lideri İlqar Məmmədovun, Avropa İnsan Haqları Məhkəməsinin barəsində qərarı olan hüquq müdafiəçisi İntiqam Əliyevin, NİDA fəallarının, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Bəşir Süleymanlı və başqalarının, jurnalistlər Əvəz Zeynallı, Pərviz Həşimli, Hilal Məmmədovun, o cümlədən Nemət Pənahlının və digərlərinin məsələləri xüsusi ilə diqqət mərkəzində olub.

Bununla yanaşı, İntiqam Əliyev, Rəsul Cəfərov və digər fəallar barədə həbs qətiimkan tədbrinin dəyişdirlməsi ilə bağlı baş prokuror Zakir Qaralova müraciət qəbul edilməsi təklif edilib.

İclasda Humanitar Araşdırmalar Mərkəzinin rəhbəri Əvəz Həsənov işçi qrupuna üzv qəbul edilib və gələcəkdə qrupun tərkibinin genişləndirilməsi barədə qərar qəbul edilib.

XS
SM
MD
LG