"Azerspace-1" süni rabitə peykinin istismarından əldə olunan gəlirlər artmaqda davam edir
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov “Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru” mövzusunda keçirilən konfransda informasiya kommunikasiya (İKT) texnologiyaları ilə bağlı geniş çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan yaxın gələcəkdə İKT məhsullarını xarici bazarlara çıxarmağı planlaşdırır. Lakin nazir, söhbət IKT-yə aid olan hansı məhsullardan getdiyini deməyib.
Abbasov deyib ki, Ümumdünya İqtisadi Forumunun apardığı hesablamalarda Azərbaycan internetin inkişafına görə MDB və Mərkəzi Asiya ölkələri arasında ən öncül yerdədir.
“Azərbaycan ilk süni peykdən artıq 10 mln. dollar gəlir əldə edib və peyklə bağlı cəlb edilən kreditlərin 70 faizinə qədər qaytarıb”.
Onun sözlərinə görə, Azərbaycanın “Azerspace-1” süni rabitə peykinin istismarından əldə olunan gəlirlər artmaqda davam edir.
Abbasovun dediyinə görə, ölkə hazırda İKT-dən ildə 2 mlrd. dollar gəlir əldə edir.
“2017-ci ildə bu göstəricinin 8-8,5 mlrd dollara qədər artacağı gözlənilir. Bu sahədə orta illik artım 15-18% prqnozlaşdırılır. İnnovaftiv xarakterli xidmət və məhsulların xarici bazarlara çıxarılması əsas götürüləcək”.
Ə.Abbasov 2020-ci ilə qədər dövlətin əhaliyə təqdim etdiyi xidmətlərin 100%-nin “Elektron Hökumət” vasitəsi ilə həyata keçirilməsi, əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin 80%-ə çatdırılması nəzərdə tutulduğunu bildirib.
Onun sözlərinə görə, “Qızıl üçbucaq” deyilən konsepsiya üzərində işlənilir.
Konsepsiyaya görə birinci növbədə intellektual insan potensialı yetişdiriləcək. Bu istiqamətdə son vaxtlar yeni universitetlərin yaradılması da qeyd olunmalıdır. İkincisi, əlverişli biznes mühitinin yaradılması ilə bağlıdır. Texnoparkların yaradılması, yeni vergi və gömrük siyasəti bura daxildir. Üçbucağın üçüncü bucağı kapitalla bağlıdır. Neftdən gələn gəlirlərin qeyri-neft sektoruna, texnologiyanın inkişafına yönəldilməsi həyata keçirilir. Bu istiqamətdə işlər gerçəkləşdirilərsə “Qızıl üçbucaq” konsepsiyası uğurla həyata keçiriləcək”, nazir qeyd edib.
Abbasov bildirib ki, Azərbaycanın İKT məhsullarının xarici bazarlara çıxarılması üçün transmilli şirkətlərlə əməkdaşlıq edir, birgə layihələr planlaşdırır.
“2020-ci ilədək İKT sahəsinə dövlət tərəfindən 3,3 mlrd. dollaradək, özəl sektor da təxminən eyni həcmdə sərmayə yatırılacağı gözlənilir. Əgər İKT sahəsinə qoyulan 1 dollar sərmayənin 10 dollar gəlir gətirdiyini nəzərə alsaq, hədəflərimizə nail ola bilərik”, Rabitə və İnformasiya Texnologiyaları naziri deyib.

Your browser doesn’t support HTML5