Accessibility links

Bakıda telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb


“Bakutel 2013” 19-cu Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi
“Bakutel 2013” 19-cu Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi

Sərgi-konfransda dünyanın 28 ölkəsindən 269 şirkət iştirak edir

Dekabrın 2-də Bakıda “Bakutel 2013” 19-cu Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb. Sərgi-konfrans dekabrın 5-dək davam edəcək.

Dünyanın 28-dən çox ölkəsindən 269 şirkət sərgidə iştirak edir. Belarus, Macarıstan, İsrail, İspaniya, Kanada, Latviya, Litva, Fransa, Xorvatiya, Estoniya və bir sıra digər ölkələrin milli stendləri sərgidə geniş şəkildə təqdim olunub. Əfqanıstan, İtaliya, İraq və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edir.

Bu il “Bakutel” sərgisinin baş sponsoru sərginin daimi iştirakçısı, habelə informasiya texnologiyaları sahəsində ən böyük Amerika şirkətlərindən olan “HP” şirkətidir.
Sərgidə “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi, Azərbaycanın kosmik sənayesi və Azərbaycanda İT texnoparkının yaradılması layihəsi öz əksini tapır.
Sərgi dövründə internetin inkişafı, kibertəhlükəsizlik, internetin Azərbaycanda təkamülü və regional inkişafı mövzularında müxtəlif seminar və konfranslar, “TASİM” konsorsiumunun əsas telekommunikasiya operatorlarının illik forumu,

Azərbaycan-ABŞ İKT forumu, BMT-nin Asiya və Sakit okean ölkələri üçün iqtisadi və sosial komissiyasının “SPECA” layihəsinin işçi qrupunun “Biliyə əsaslanan iqtisadiyyatın inkişafı” mövzusunda iclasları, Azərbaycanda dövlət və özəl İKT sektorları arasında tərəfdaşlıq üzrə mütəxəssis mərkəzinin yaradılması ilə əlaqədar olan tədbir keçiriləcək. “Bakutel” sərgisi çərçivəsində həmçinin Dünya Azərbaycanlılarının I Virtual Konfransı olacaq.

Azərbaycan prezidenti “BakuTel-2013” 19-cu Beynəlxalq sərgi və konfransına təbrik məktubu göndərib.

“Respublikada İKT cəmiyyətin həyatına dərindən nüfuz etmişdir. Əhalinin 70 faizi internet, onların yarısı isə genişzolaqlı internetdən istifadə edir. Ən yeni texnologiyaların tətbiqi və rəqəmli televiziya yayımı uğurla həyata keçirilir, sahə üzrə investisiya qoyuluşu və özəl sektorun fəaliyyəti ildən-ilə genişlənir.

Ölkəmizin tarixi nailiyyətlərindən biri olan “Azerspace-1” ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması, eləcə də informasiya texnologiyaları üzrə universitetin və dövlət fondunun, “Yüksək Texnologiyalar Parkı”-nın yaradılması, stimullaşdırıcı tədbirlərin tətbiqi ölkədə təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan innovativ və texnoloji tutumlu iqtisadiyyata keçidin təmin edilməsinə möhkəm zəmin yaradır, deyə dövlət başçısı qeyd edib.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov isə bildirib ki, ölkə üzrə mobil rabitədə hər 100 nəfərə 110 mobil abunəçi düşür, “3G” və “4G” texnologiyaları tətbiq edilir. Ölkə rəqəmli televiziya yayımı ilə əhatə olunub. “Elektron hökumət” həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron xidmətlərin sayı və bu xidmətlərdən istifadə səviyyəsi artır. Kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini əhatə edən fiber-optik infrastrukturun qurulması və “evlərə optika” prinsipi ilə yüksəksürətli genişzolaqlı internet xidmətlərindən istifadə imkanı yaradan layihənin həyata keçirilməsinə hazırlıq aparılır”.

Onun sözlərinə görə, Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasındadır.

“Dünya İqtisadi Forumunun 2013-cü il hesabatında Azərbaycan şəbəkə hazırlığı indeksinə görə 144 ölkə arasında 56-cı, internet istifadəçilərinin sayına görə isə Müstəqil Dövlətlər Birliyi və Mərkəzi Asiya ölkələri arasında 1-ci yeri tutub”, nazir qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG