Pakistan kəşfiyyatı Taliban liderinin öldürüldüyünü bildirir

Pakistan kəşfiyyatı Taliban liderinin öldürüldüyünü bildirir

Pakistan kəşfiyyatının rəsmiləri bildirir ki, Pakistanda Talibanın lideri Hakimullah Məsud yanvarın 12-də ABŞ-ın pilotsuz idarə edilən təyyarəsinin hücumu zamanı Şimali Vəziristanda qətlə yetirildiyi mümkündür.

Adları açıqlanmayan rəsmilərin bildirdiyinə görə, onlar Taliban döyüşçülərinin liderlərinin hücum zamanı öldürülüb-öldürülmədiyi haqda danışıqlarını dinləyiblər. Bəzi talibançılar Məsudun öldüyünü təsdiq edib, bəziləri isə bu haqda radio ötürücü vasitəsilə danışıqları tənqid edib.

Hələlik Pakistan Taliban liderinin öldüyünü rəsmi olaraq təsdiq etməyib. Taliban xəbəri təkzib edib.