Pakistan rəsmilərinin bildirdiyinə görə, Amerikanın pilotsuz təyyarəsi Şimali Vəziristan vilayətinə zərbə endirib. Əfqanıstanla sərhəd Deqan kəndində həyata keçirilən hücum nəticəsində 4 yaraqlı öldürülüb. Raket kənddəki bir ev və bir maşını dağıdıb. Öldürülənlərin Türkmənistandan olduqları bildirilir.
24 nəfərin ölümünə səbəb olan hücumdan sonra hava zərbələri bir aya yaxındırdır dayandırılmışdı. Hava zərbələri ABŞ-la Pakistan münasibətlərinə mənfi təsir göstərib. Pakistan hücumların ölkənin suverenliyinin pozulması kimi qiymətləndirir.