Accessibility links

Pakistan hökuməti ABŞ rəsmisinin İslamabada səfərini yubadır


Pakistan hökuməti ABŞ rəsmisinin İslamabada səfərini yubadır
Pakistan hökuməti ABŞ rəsmisinin İslamabada səfərini yubadır

Pakistan İslamabadın ABŞ-Pakistan münasibətlərini nəzərdən keçirməyi tamamlayanadək ABŞ-ın xüsusi emissarı Mark Qrosmanın ölkəyə səfərini ləngidir. Mətbuat adı çəkilməyən Pakistan rəsmisinə istinadən deyib ki, cənab Qrosmanın ölkəyə bu dəfəki səfəri zamanı onun İslamabada gəlməsi mümkün deyil.

ABŞ dövlət departamentinin sözcüsü Mark Toner təxirə salınmanı təstiqləyib. ABŞ-ın Əfqanıstan və Pakistana xüsusi nümayəndəsi bu həftə nümayəndə heyətini Talibanla sülh danışıqlarına hazırlığı bərpa etmək məqsədi ilə prezident Həmid Karzayın məsələni təsdiqləməsi üçün Əfqanıstana aparır.

ABŞ-la Pakistan arasında münasibətlər 24 Pakistan əsgərinin əfqan sərhədində NATO hava hücumları nəticəsində səhvən öldürülməsindən sonra soyuqlaşıb. Ötən ay Pakistan rəsmiləri ABŞ və NATO ilə əməkdaşlığı nəzərdən keçirdiyini bəyan ediblər.

XS
SM
MD
LG