Accessibility links

Əfqanıstanda yaraqlılar bomba hücumlarında uşaqlardan da istifadə edirlər VİDEO


Əfqanıstanda yaraqlılar bomba hücumlarında uşaqlardan da istifadə edirlər VİDEO
Əfqanıstanda yaraqlılar bomba hücumlarında uşaqlardan da istifadə edirlər VİDEO

Yaraqlılar uşaqlara Amerika əsgərlərini öldürəndə cənnətə düşəcəklərini deyirlər

Əfqanıstanda illərdir sürən müharibədə yaraqlılar döyüş meydanlarında yeni taktikalara əl atırlar. Onlar bomba hücumları həyata keçirmək üçün çadra örtdükləri kimi uşaqlardan da istifadə edirlər.

13 yaşlı Əli Əhməd məktəbə getmək, oxumaq istədiyini deyirərkən bundan əvvəl öyrəndiklərini nəzərdə tutmur. “Onlar mənə silahdan necə istifadə etməyi öyrədirdilər. Onlar eləcə də intiharçı hücumu həyata keçirərkən hansı düymələri basmaq lazım olduğunu öyrədirdilər. Bunun əvəzində onlar mənə çoxlu pul vəd etmişdilər.” -deyə, o bildirir.

Əli valideynlərini uşaq ikən itirib. O, kiçik qardaşı ilə birlikdə Pakistanın Bəlucistan vilayətində. əmisinin yanında yaşayırdı. Lakin o, əmisinin evindən qaçmalı olub. “Mən sərhəd yaxınlığında üç adama rast gəldim və onlar mənə işlə yardım edəcəklərini dedilər. Onlar məni özləri ilə apardılar. Bundan sonra onlar mənim gözlərimi və əl-ayağımı bağladılar. Onlar məni təlim düşərgəsinə apardılar və mən orada 20 gün təlim aldım.”

Bundan sonra yaraqlılar Əliyə Amerikanın Spin Boldak hərbi bazasının yerini göstərərək, onun intiharçı hücumu həyata keçirməsini istəyiblər. “Onlar mənə intiharçı hücumu həyata keçirsəm, hətta bir Amerika əsgəri öldürsəm belə cənnətə düşəcəyimi deyirdilər. Mən özümün də öləcəyimi deyəndə onlar mənim ruhumun şad olacağını dedilər.”

Əli bədəninə bağlanacaq bombanın partlayacağı zaman nə baş verəcəyini bilirdi və qaçmağ üçün yollar axtarırdı. Lakin naməlum şəxslər onu təhlükəsizlik qüvvələrinə təhvil veriblər.

Qəndəhar rəsmiləri son zamanlar yaraqlıların hərbçilərlə üz-üzə döyüşmədiklərini, bunun əvəzində intiharçı hücumlarını artıqdıqlarını və bunun üçün uşaqlardan istifadə etdiklərini deyirlər. General Əbdül Raziq Qəndəharda polis rəisi vəzifəsini icra edir. “Uşaqlardan istifadə düşmənin yeni taktikasıdır. Onlar uşaqlara 50-100 əfqan lirəsi verirlər. Uşaqların nə baş verəcəyindən xəbərləri olmur və bombanı uzaqdan başqa bir şəxs idarə edir. Uşaqlar polisə və ya tanka yaxınlaşarkən düşmənlər bombanı partladırlar.” - deyə, o bildirir.

Lakin Əfqanıstandakı Taliban yaraqlıların uşaqlardan öz fəaliyyətləri üçün istifadə etmədiklərini deyir. Talibanın sözçüsü Qari Əhmədi belə bir hərəkətin İslama tam zidd olduğunu deyir.

Əli isə ölkənin casusu kimi saxlanılır. Rəsmilər onun haqqında nə qərar verəcəklərini bilmirlər. Onun nə ailəsi var, nə də bir yetimxana onu qəbul etmək istəyir. Əli kiçik qardaşından narahat olduğunu və öz yaşıdları ilə məktəbə getmək, oynamaq istədiyini deyir.

XS
SM
MD
LG