Amerikanın Səsinin Pakistandakı müxbiri Mükərram Xan Atif bu gün ölkənin şimal-qərbində, Şabqadardakı evi yaxınlığındaki məsciddə qətlə yetirilib.
Yerli polisin bildirdiyinə görə, motosikletlə gələn iki nəfərdən biri məscidə daxil olaraq, müxbiri güllə ilə başından vurub. Xəstəxanaya çatdırılan Atif aldığı ağır yaradan dünyasını dəyişib.
Pakistandakı Taliban qrupunun sözçüsü Ehsanulla Ehsan müxbirlərə qətlin məsuliyyətini yaraqlı qrupun öz üzərinə götürdüyünü deyib. 40 yaşlarındakı Atifin dostları ona bundan əvvəl də Taliban tərəfindən hədə-qorxu gəlindiyini deyib.