-İranda həbsdə saxlanılan Səkinə Aştiyaninin həyatına təhlükə olduğu barədə tez-tez xəbərlər yayılır. Səkinə Aştiyani ilə bağlı Roma Papasına da müraciət edilib. Həqiqətən də Səkinə Aştiyaninin həyatına təhlükə varmı? Necə düşünürsünüz, İran höküməti Səkinə Aştiyanini edam edəcəkmi?
-İran höküməti həbsdə saxlanılan Səkinə Aştiyaninin həyatına hər zaman ciddi təhlükə yarada bilər. Buna görə biz çox narahatıq.Və gələcəkdə Səkinə xanımın həyatı üçün ola biləcək təhlükələrin qarşısını almağa çalışırıq.
-Səkinə Aştiyaninin müdafiəsi üçün hüquq müdafiəçiləri,siyasi fəallar nə kimi işlər görürlər?
- Çalışırıq ki, insan haqqları ilə bağlı İranda baş verən hadisələri dünya ictimaiyyətinə, xarici təşkilatlara vaxtında çatdıraq. Hələ ki, İranda Səkinə xanımla bağlı ölüm hökmü qüvvəyə minməyib. Biz bunun qarşısını almağa, ümumiyyətlə İranda daş-qalaq hökmünü ləğv etməyə çalışırıq.
-İranın Xarici İşlər Naziri açıqlamalarının birisində qeyd edib ki, Səkinə Aştiyaniyə verilən hökm nadir bir hökmdür və belə hökmlər tez-tez qəbul edilmir. Bu nə dərəcədə doğru açıqlamadır? Nəyə görə daşqalaq hökmü Tehrandan kənarda, İranın ucqar yerlərində daha çox çıxarılır? Bundan əlavə bu yaxınlarda Urmiya Ali Məhkəməsi bir kişi və bir qadının daş- qalaq edilməsi ilə bağlı qərar qəbul edib. Bu qərardan xəbəriniz varmı?
-Bizim əsas məqsədimizdən biri İranda edam hökmünü qanundan çıxarmaqdır. Nə qədər ki, İranda bu hökm qüvvədədir insanların həyatına təhlükə qalacaq. Qanun düzəlsə çox insan nicat tapa bilər. Tehrandan kənarda, uzaq şəhərlərdə qəbul edilən daş-qalaq hökmü də çoxdur. Bu doğru informasiyadır. Buna səbəb isə insanların məhkəmələrin çıxardığı qərarlardan xəbərdar olmamasıdır.Əgər insanların çoxu bundan xəbərdar olarsa, çıxarılacaq məhkəmə hökmlərinə etiraz edərlər və belə hökmlərin qarşısı alınar.
-Şirin xanım, İran ictimaiyyətində daşqalaq cəzasına münasibət necədir? İran daxilində buna necə reaksiya verirlər?
- Mənim müşahidə və təcrübələrimə görə, İran xalqı bu kimi qanunlara qarşıdır və bu qanunların ləğvi üçün çox ciddi mübarizə aparır.
-Siz “Wall Street Journal” qəzetində yer alan məqalənizdə yazmışdınız ki, bu qərarlar orta əsrə məxsus qərarlardır. Necə bilirsiniz, İslam dinində belə fikirlərə yer varmı?
-Quranda Allah tərəfindən belə bir hökm buyurulmayıb. İslam dinində də belə bir hökm yoxdur. Keçmiş zamanlarda mollalar, ayətullahlar İslama istinad edərək bu hökmü tətbiq ediblər. Amma yenə də təkrar edirəm ki, bu qərar İslam dininə ziddir.
Şirin İbadi: İran höküməti həbsdə saxlanılan Səkinə Aştiyaninin həyatına hər zaman ciddi təhlükə yarada bilər. Buna görə biz çox narahatıq.Və gələcəkdə Səkinə xanımın həyatı üçün ola biləcək təhlükələrin qarşısını almağa çalışırıq.