İranda daşqalaq edilməklə ölümə məhkum edilmiş Səkinə Məhəmmədi Aştiyani dövlətə məxsus televiziyada danışaraq, həbsxanada döyülmədiyi və ona işgəncə verilmədiyini deyib. Aştiyani deyib ki, ona şallaq vurulduğu haqda məlumatlar həqiqətə uyğun deyil və şaiyədir. Keyfiyyəti aşağı video görüntüdə Səkinə Aştiyani heç kəsin onu kamera qarşısına çıxmağa məcbur etmədiyini və dediklərinin onun öz sözləri olduğunu bildirib. 43 yaşlı Səkinə Aştiyani 2006-cı ilin may ayında həyat yoldaşının ölümündən sonra iki kişi ilə qeyri-qanuni əlaqələri olmaqda ittiham edilmişdi. Həmin il sonradan o, xəyanətdə ittiham edilərək, daşqalaq edilməklə ölüm cəzası almışdı. Aştiyani bu iddiaları rədd edir.
Səkinə Aştiyani döyüldüyü və ona işgəncə verildiyi haqda məlumatları rədd edib
- Amerikanın səsi
Səkinə Məhəmmədi Aştiyani dövlətə məxsus televiziyada danışaraq, həbsxanada döyülmədiyi və ona işgəncə verilmədiyini deyib.