Accessibility links

Şirin İbadinin vəkilinin həbsi müxtəlif mənbələr tərəfindən təstiqləndi


Şirin İbadinin vəkilinin həbsi müxtəlif mənbələr tərəfindən təstiqləndi
Şirin İbadinin vəkilinin həbsi müxtəlif mənbələr tərəfindən təstiqləndi

Məmurlar vəkilin ofisinə və evinə basqın edib müttəhim və məhbusların xanım Sutudədəki dosyələrini və onun şəxsi əşyalarını götürüblər

HARANA xəbər agentliyinin yazdığına görə, Nobel Sülh Mükafatı laureatı Şirin İbadinin vəkili İran rəsmilərinin əmrinə əsasən həbs olunub. Nəsrin Sutudə Şirin İbadi və bir sıra islahatçının vəkili idi. O, tutulmamışdan əvvəl demişdi ki, müvəkkillərim üçün bir iş görə bilmədikdə, onlara bərabər olmaq istəyirəm.

Xəbərdə deyilir ki, august ayının 29-da həbs edilən Nəsrin xanımın ofisi və evinə basqın edilib, müttəhim və məhbusların işləri ilə bağlı qovluqlar (pərvəndə) və onun şəxsi əşyaları götürülüb. Məmurlar ondan öz razılığı ilə Tehranın Evin zindanına təslim olmasını istəyib. Nəsrin Sutude 2008-ci ildə Beynəlxalq İnsan Hüquqları Təşkilatının mükafatına layıq görülmüşdü.

İranın ədliyyə dairələri onu ölkənin təhlükəsizliyinə hədə olan fəaliyyətlərdə iştirak və İslam inqilabı ziddinə təbliğat aparmaqda ittiham edib. Nəsrin Sutudənin vəkili Nəsim Qənəvi Almaniya radiosuna verdiyi müsahibədə deyib ki, Nəsrin xanımın səlahiyyətli vəkili olduğunu göstərən vəkalətnamə ilə ədliyyə dairələrinə müraciət edildikdə, vəkalətnamə qəbul edilmiş, lakin xanım Sutudə ilə onun görüşünə imkan verilməmişdi. Vəkilə ehtiyac olsa onunla əlaqə saxlanacağı bildirilib.

XS
SM
MD
LG