Milli Şura ölkədəki ictimai-siyasi durumu müzakirə edib

Cəmil Həsənli

Qurum repressiya və həbsləri pisləyib

Bu gün Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib.

Milli Şuranın mətbuat xidmətinin məlumatına görə iclasda ölkədə ictimai-siyasi vəziyyət və siyasi məhbuslar sahəsində vəziyyət müzakirə edilib.

İclas iştirakçıları Leyla Yunusun Hüquqlarını Müdafiə Komitəsinin yaradılmasını və onun fəaliyyətini müsbət qiymətləndiriblər.

Son vaxtlar baş verən həbslər və repressiyalar pislənib, siyasi məhbusların azad edilməsi və vicdan məhbuslarının mübarizənin gücləndirilməsi zərurəti qeyd edilib.

İclasda Milli Şuranın sessiyasını keçirmək qərara alınıb.

Sentyabrın 15-də Milli Şura üzvləri Bakının işğaldan azad olunması ilə bağlı Şəhidlər Xiyabanında Türk əsgərləri abidəsini ziyarət edəcəklər.