NİDA sivil demokratik yolla dəyişikliyə tərəfdardır
Mayın 1-də NİDA hərəkatı fəallarının işi üzrə prosesdə müttəhimlər yekun sözlə çıxış ediblər. 15 sutkadır ki, aclıq edən gənclər ayaq üstündə güclə dayanıblar. Lakin zaldan və küçədən gələn alqış səsləri müttəhimlərin əhvalını yüksəldib.
Müttəhim Məmməd Əzizov toplaşanları 1 May münasibətilə təbrik edib və hüquq müdafiəçisi Leyla Yunusa minnətdarlığını bildirib.
Bütün müttəhimlərin adından yekun sözlə Rəşadət Axundov çıxış edib.
“Bizim mərhəmətə ehtiyacımız yoxdur, nədən isə peşman da deyilik, onsuz da peşmançılıq çəkiləsi bir iş görməmişik və məhkəmədən ədalət gözləmirik”, - R.Axundov qeyd edib.
Onun sözlərinə görə, bu iş üzrə siyasi qərar ötən ilin yayında qəbul olunub. Belə ki, İlham Əliyev gəncləri ittiham edərək bildirib ki, “onların mübarizə metodu söz və fikir deyil, “Molotov kokteylidir”.
“Biz məhkəmə sistemindəki reallıqları görürük və ədalətli qərar gözləmirik. Rejimin qurbanları yalnız 8 nəfər deyil, həm də hakim və prokurorlardır. Biz Azərbaycanda girov kimi yaşayırıq. Lakin NİDA bununla barışmayacaq. Biz insan ləyaqətinə hörmət edilən cəmiyyət uğrunda mübarizə aparırıq”, - R.Axundov bildirib.
O deyib ki, həbsin əsl səbəbi onların siyasi fəallığı ilə bağlıdır ki, hakimiyyət bundan ehtiyatlanır.
“Gənclər fəallıq sevir. Lakin bu rejim gənclərin düşmənidir. Biz demokratik, ədalətli cəmiyyət uğrunda dinc yolla mübarizə aparırıq”, - R.Axundov vurğulayıb.
10 mart aksiyası təkcə əsgər ölümlərinə etiraz olaraq yox, həm də demokratik dəyişikliklər uğrunda keçirilib.
R.Axundov diqqəti ona yönəldib ki, ərəb dünyasında inqilabi hadisələr sosial partlayışın nəticəsində baş verdi, çünki uzun illər bu ölkələrdə zorakılıq hökm sürüb.
NİDA bu cür hallara yol verməmək üçün sivil demokratik yolla dəyişikliyə tərəfdardır.
O, cinayət işini gülünc adlandırıb. Bütün ittihamlar bir yalançı şahidin – Anar Abbasovun ifadəsi üzərində qurulub.
“Ziya Bünyadova, Elmar Hüseynova əl qaldıran hakimiyyət bizi də zorakılıqda ittiham edir”, - R.Axundov bildirib.
Sonra o, Şahin Novruzlunun evindən onun ailəsinə və qohumlarına məxsus 94 min manat pulun götürülməsini pisləyib.
“Türk hərbçiləri çevriliş edərək öz əleyhdarlarını öldürüblər, YAP hakimiyyəti isə opponentlərinin pulunu oğurlayır”, - o qeyd edib.
Harlem Shake rəqsi ilə bağlı xuliqanlıq ittihamına gəlincə, bunda inzibati xəta yoxdur.
“Bu ittihamda məqsəd NİDA-nı əxlaqsız qurum kimi təqdim etməkdir. Amma əxlaqsızlıq deputat mandatını oğurlamaqdır, satmaqdır, seçkini saxtalaşdırmaqdır”, - o vurğulayıb.
O qeyd edib ki, müttəhimlərə bəraət verilməsi formal xarakter daşıyır, çünki əsas bəraəti xalq verir.
“Həlledici son söz hələ söylənməyib, lakin yaxın vaxtlarda xalq tərəfindən söylənəcək”, - R.Axundov vurğulayıb.
O, doğmalarını və dostlarını ağır hökmə hazır olmağa, isterik qarşılamamağa, qarğışa, təhqirə yol verməməyə çağırıb. “Bu zalda əcnəbilərdən başqa hər kəs qurbandır, bir qurbanın o biri qurbanı qarğaması isə əhəmiyyətsiz və mənasızdır”, - R.Axundov qeyd edib.
“Heç zaman şərə təslim olmayın! Alnınızı dik, iradənizi möhkəm tutun! Rədd olsun diktatura və despotizm!”, - R.Axundov çıxışını yekunlaşdırıb.
Bundan sonra məhkəmə müşavirəyə gedib. Hökm mayın 6-da oxunacaq.
Məhkəmə iclası başa çatdıqdan sonra polis küçədə toplaşan fəalları sıxışdırmağa başlayıb. Polis təzyiqləri nəticəsində bir neçə nəfər, o cümlədən Turan agentliyi və “Amerikanın səsi” radiosunun müxbiri Pərvanə Bayramova yıxılaraq xəsarət alıb.