B.Quliyev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə də müraciət ünvanlayıb
2014-cü il mayın 6-da 7 il azadlıqdan məhrum etmə cəzası alan NİDA-çı gənc Bəxtiyar Quliyev təşkilatdan imtina edib.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bəxtiyar Quliyevin bəyanatını KİV-lərə yayıb.
Bəxtiyar Quliyev müraciətində yazır ki, NİDA-nın üzvlüyündən imtina edib
«Mənim bu addımıma səbəb həbsdə olduğum dövrdə özüm-özümü tapmağım, təxribatçı qüvvələrin yanlış fikirlərini həyata keçirdiyimi dərk etməyimdir».
Bəxtiyar Quliyev üzərindən siyasi məhbus anlayışının götürülməsini də bəyanatında bildirib.
Məhkum B.Quliyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə də müraciət edib.
Bəxtiyar Quliyevin atası Səməndər Quliyev Amerikanın Səsinə bildirib ki, oğlunun təşkilatdan çıxması və etiraf ərizəsini könüllü şəkildə yazıb.
Onun sözlərinə görə, B.Quliyev “NİDA” təşkilatı tərəfindən aldadılıb, təsir altına alınıb. B.Quliyev özü isə təşkilatın məram və məqsədindən xəbərsiz olub. “Biz heç zaman indiki hakimiyyətdən narazı olmamışıq, bizim qohumlar sırasında məmur olanlar var”-deyə S.Quliyev bidirib.
NİDA Vətəndaş Hərəkatının 8 üzvü 6-8 il, o cümlədən Bəxtiyar Quliyev 7 il azadlıqdan məhrum edilib.
Onlar, əsasən, kütləvi iğtişaşların təşkilinə cəhddə təqsirləndirilirlər.
İttihamları qəbul etməyən NİDA-çılar həbslərinin siyasi sifariş olduğunu bildirmişdilər.
Amnesty International onları siyasi məhbus elan edib.