Accessibility links

Amnesty International Azərbaycanı Avropa Şurası qarşısında öhdəliklərinə əməl etməyə çağırır [Video]


Tural Əhmədzadə ilə müsahibə
please wait

No media source currently available

0:00 0:07:32 0:00

Tural Əhmədzadə

Beynəlxalq ümuməfv təşkilatı Amnesty International NİDA fəallarının dərhal azad edilməsinə çağırıb. Mayın 6-da Amnesty International təşkilatının fəalları Azərbaycanın Avropa Şurasinin Nazirlər Komitəsində altı ay müddətinə sədrliyi qəbul etməsi ərəfəsində Vyanada etiraz aksiyası keçirib.

Amnesty International təşkilatının Avropa və Mərkəzi Asiya proqramının Cənubi Qafqaz regionu üzrə nümayəndəsi Tural Əhmədzadə Amerikanın Səsinə Skype vasitəsilə Londondan müsahibəsi zamanı Vyanada aksiya və təşkilatın son bəyanatlarını şərh edib.

Tural Əhmədzadə Amnesty International təşkilatının Azərbaycanda insan haqlarının durumu ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, təşkilat son illər ölkədə insan haqları sahəsində vəziyyətin pisləşdiyini hesab edir. O, narahatlıq doğuran əsas üç məsələni qeyd edib. Bunlardan birincisi, onun sözlərilə ifadə azadlığı və siyasi məhbuslarla bağlı problemdir: “Amnesty International inanır ki, Azərbaycanda 19 vicdan məhbusu var, NİDA-çılara mayın 6-da hökm oxunduqdan sonra onlar sonuncu vicdan məhbuslarıdır.”

Tural Əhmədzadı Amnesty International təşkilatının narahatlığına səbəb olan daha bir məsələsinin sərbəst toplaşma azadlığı olduğunu deyib:”NİDA-çılara hökm oxunandan sonra baş verən hadisələr buna yaxşı nümunədir. Beş fəala 15-30 gün arasında inzibati həbs cəzası verilib, ona baxmayaraq ki onlar heç bir hökumət nümayəndəsinə qarşı təzyiq göstərməmişdi, yalnız tənqidlərini bildirmişdi.”

Amnesty International təşkilatının nümayəndəsi narahatlıq doğuran üçüncü məsələnin birləşmə azadlığının məhdudlaşdırılması, QHT nümayəndələrinin həbsilə bağlı olduğunu deyib.

Tural Əhmədzadənin sözlərinə görə, Avropa Şurasının Nazirlər Komitəsində sədrlik edən hər bir ölkədən insan haqlarına hörmət edilməsi tələb edilir. O deyib ki, Amnesty International təşkilatının fəallarının Vyanada keçirdiyi aksiya Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyini şübhə altına almaq deyil, Azərbaycanı ölkə daxilində mövcud problemləri həll etməyə və Avropa Şurası qarşısında öhdəliklərinə əməl etməyə çağırmaq məqsədi daşıyırdı.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG