Bakı meriyası Milli Şuranın mitinqinə icazə verib

Mitinq hələ başlamayıb

Aksiyada “Qiymətlər endirilsin!”, “Bahalaşmaya son!” şüarları səsləndiriləcək
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın qiymət artımına etiraz olaraq dekabrın 15-də mitinq keçirmək barədə müraciətinə cavab verib.

Müsavat Partiyasının Divan üzvü, Milli Şuranın Mitinq Komitəsinin üzvü Tural Abbaslı Amerikanın Səsinə bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın dekabrın 15-də saat 16.00-dan saat 18.00-dək Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda mitinq keçirməsinə razılıq verib.

Aksiyada “Qiymətlər endirilsin!”, “Bahalaşmaya son!” şüarları səsləndiriləcək.