Misirdə nümayişlər ara vermir

  • Amerikanın səsi

Misirdə nümayişlər ara vermir

Misir polisi Qahirədə demokratik islahatların sürətləndirilməsini tələb edən nümayişlərin ikinci günündə etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Tibbi rəsmilər bu günkü toqquşmada azı 3 nümayişçinin öldürüldüyünü xərəb erirlər ki, bu da son iki gündə həlak olanların ümumi sayını 5-ə çatdırır.

Amerikanın Səsininin Qahirə müxbiri polisin Amerika istehsallı qaz kanistrlərini izdihama atmasından sonra insanların meydandan qaçdığını xəbər verir.

Amma bir neçə min nümayişçi çadırlarda qalaraq meydanı tərk etməkdən imtina ediblər. Onlardan bəziləri nəqliyyatı dayandırıb.

Bir gün öncə polis qısa müddətə Təhrir meydanını nümayişçilərdən təmizləməyə nail olmuşdu. Nümayişçilər polislərlə vuruşaraq, hökumət maşınlarını daşa basmış və bir polis maşınını yandırmışdılar.

Misir Səhiyyə Nazirliyi 23 yaşlı nümayişçinin həlak olduğunu və 676 adam, o cümlədən çox sayda polisin yaralandığını xəbər verib.