Misir məhkəməsi hakimiyyətdən devrilmiş prezident Hüsnü Mübarəkin məhkəməsini dekabrın 28-ə qədər təxirə salıb. Cənab Mübarək fevral ayında onun hakimiyyətdən getməsilə nəticələnmiş üsyanda iştirak edən 800 adamın qətlində əli olmaqda ittiham edilir. Hüsnü Mübarəkin iki oğlu, keçmiş daxili işlər naziri və təhülkəsizlik qüvvələrinin altı yüksək səviyyəli zabiti də onunla bərabər ittiham olunur. Hakim qərarı oxuduğu zaman onların hamısı bu gün Qahirədə məhkəməsində olub. Üsyan zamanı həlak olnaların ailə üzvlərinin vəkilləri Mübarəkin işi ilə bağlı üç nəfər hakimdən ibarət olan heyətin yenisi ilə əvəz olunması haqda müraciət edib. Apelyasiya məhkəməsi qərarı dekabrın 26-ı verməlidir.