Misirdə Hüsnü Mübarəkdən sonra ilk Ramazan

  • Amerikanın səsi

Misirdə Hüsnü Mübarəkdən sonra ilk Ramazan

Bu il Ramazan ayı misirlilər üçün prezident Hüsnü Mübarəkin hakimiyyətdən uzaqlaşdırılmasına yol açan inqilabdan sonra ilk Ramazandır. Küçələrdə satıcılar Ramazanla bağlı müxtəlif əşyalar, xüsusilə, ənənəvi Ramazan lampalarını satışa çıxarıb. Uşaqlar üçün oyuncaqlar, qoz-fındıq, xurma və digər şirniyyyat məmulatları alıcıların ixtiyarına verilir. Bəd nəzərdən qorunmaq üçün üzərlik yandırılır. Ramazan ayında şirniyyata üstünlük verilən bol iftar süfrəsi hazırlığı xusisi bir mərasimdir. Hüsnü Mübarəkdən sonra Ramazan bir çoxları üçün xusisi əməmiyyət kəsb edir.

Qadın:“İnsanlar biri-birini daha çox sevir, daha çox yaxınlıq edir” .

Qadın:“Mübarəkdən sonra bəzi dəyişikliklər müşahidə edilir. Biz ölkəmiz üçün yaxşı şeylər gözləyirik”.

Lakin böyük bir kioskun sahibi Valid məsələyə bədbinliklə baxır.

“Bu günlər gərginlik və əsəbililik müşahidə edilir. Biz rejimi dəyişdik, indi insanların dəyişmə vaxtıdır”.

Başqa bir satıcı Mahmud Ramazanın hər il eyni olduğunu deyir.

“Ramazan mübarək aydır. Hər il eyni olur. Mübarəkin getməsi ilə heç nə dəyişməyib”.

Lakin bu, illərlə fəaliyyəti qadağan edilən və indi siyasi partiya statusu qazanan Müsəlman Qardaşlığı qrupunun mövqeyi deyil.

Partiyanın sədr müavini Esam Əl-Erian 8 il həbsxanada keçirib.

“Bayram böyük əhəmiyyət kəsb edir. Çünki indi məscidlər fəallar üçün açıqdır. Bu təkcə müsəlmanların deyil, xristianlarla müsəlmaların birliyi deməkdir. Bu, yoxsullarla zənginlər arasında rəmrəylik deməkdir. Bu, islam haqda əsl faktlardan danışmaq vaxtıdır ”.

Misirlilərin əksəriyyəti siyasət haqda düşünmək istəməsə də, qiymətlərdə dəyişiklikləri hiss edir.
Qiymətlərin bahalaşması köhnə rejimin əleyhinə olanlar üçün əlavə xərclər yaradır. Ramazan bu il bir çoxlarına baha başa gələcək.