Accessibility links

ABŞ-dakı afrikalı-amerikalılar üçün Ramazan əlavə bir məna daşıyır


ABŞ-dakı afrikalı-amerikalılar üçün Ramazan əlavə bir məna daşıyır
ABŞ-dakı afrikalı-amerikalılar üçün Ramazan əlavə bir məna daşıyır

Onlar Amerikada əcdadlarının qul təcrübəsini İslamın ruhi azadlıq ənənəsi ilə əlaqələndirirlər

Ramazan ayı gələndə dünyada milyonlarla müsəlman günahlarının təmizlənməsi üçün oruc tutur. Lakin ABŞ-dakı yarım milyona yaxın afrikalı-amerikalı üçün bu əlavə bir məna daşıyır. Onlar Amerikada əcdadlarının qul təcrübəsini İslamın ruhi azadlıq ənənəsi ilə əlaqələndirirlər.

Afrikalı-amerikalılar icmasının Vaşinqtondakı Məhəmməd məscidindəki axşam ibadətinə 1930-cu illərdə olduğu kimi indi də 500-dən çox afrikalı-amerikalı müsəlman gəlir.

ABŞ Hərbi Hava Qüvvələrinin veteranı, hal-hazırda isə Məhəmməd məscidinin imamı Talib Şərif qaradərili müsəlmanların təcrübəsinin Birləşmiş Ştatlardakı digər müsəlmanlardan fərqli olduğunu deyir. “Amerikadakı afrikalı amerikalıların çoxu təcrübəni kilsədən alıb. Biz müsəlman dinini Amerikada qəbul etmişik və buradakı müsəlmanların çoxunun İslam haqda biliyi azdır. Ona görə də biz onlara bu din haqda məlumat verməliyik.” -deyə, imam bildirir.

24 yaşlı Coselin Kul müsəlman ənənələri ilə xristian ailəsində boya-başa çatıb. Onun anası xristiandır, atası isə hələ o anadan olmamışdan əvvəl İslamı qəbul edib. O, hələ uşaq ikən hər dəfə Ramazan ayında iftarı açamaq üçün atası ilə dükana gedib xurma aldıqlarını və o vaxtlar oruc tutmasa da axşam, iftar zamanı atası ilə birlikdə xurma yediyini deyir.

Vaxilə babası qul olan İbrahim Mömin deyir ki, Ramazan ayında o, qeyri-müsəlmanlarla təcrübəsini bölüşür. Bununla yanaşı o, 11 sentyabr hücumlarından on il keçməsinə baxmayaraq, bir çox amerikalının hələ də müsəlmanlardan qorxduqlarını və İslama pis münasibətdə olduqlarını deyir. “Mən bir ziyafətdə olanda məndən hansı ölkədən gəldiyim soruşuldu. Çünki onlar müsəlmanların başqa ölkədən gəldiklərini düşünürdülər. Mən pasportumu çıxararaq sual verən adama Birləşmiş Ştatlardan olduğumu dedim.”

İmam Şərif 1860-cı illərdə afrika-amerikalı qulların azad edilməsindən bəri ədalət uğrunda apardıqları mübarizə ilə İslamın ruhi azadlığı arasında sıx tellər gördüyünü deyir.

XS
SM
MD
LG