Müsəlmanların müqəddəs Ramazan ayı başlayan kimi Amerika müsəlmanları birlikdə oruc tutmaq, namaz qılmaq, Qurani-Kərimi birlikdə oxumaq və birlikdə imkanzıslara yardım etmək üçün İslam Mərkəzlərinə toplaşırlar. Çoxları üçün isə Ramazan qeyri-müsəlmanları İslam mədəniyyəti və dini barədə məlumatlandırmaq üçün bir imkandır.
İmam Abdulla Xoca Vaşinqton şəhərində ən qocaman mərkəzlərdən olan İslam Mərkəzinin prezidentidir. O deyir ki, onlar insanların özlərini müsəlman ölkəsində, müsəlman icmasında olduğu kimi hiss etmələrinə şərait yaradır və iftar vaxtı 500-dən çox kişi və qadına, onların uşaqlarına, ümumiyyətlə mərkəzə dua etməyə gələnlərə yemək verirlər.
San Dieqo şəhərindən İmam Bassim Səid də dindardır. O da öz şəhərində eyni işlərin görüldüyünü deyir. “Biz Qurani-Kərimi hər axşan oxuyur, İftaq zamanı imkansızlara yemək verir və Ramazan bayramını qeyd etmək üçün bir yerə toplaşırıq.”
Amerikalı müsəlmanlar üçün Ramazan onların özlərini nizam-intizama yönəltmələri və digərlərinə yardım etmələri deməkdir. Lakin dindar olmayan amerikalı müsəlmanların çoxu Ramazan vaxtı problemlərlə üzləşildiyini düşünürlər. Amerikalı müsəlman Bilal Seyid isə belə bir problemləri yada salmadığını fikrini Qurani-Kərimə verdiyini, bunun da ona hər gün oruc tutmasına yardım etdiyini deyir.
İmam Xoca Amerika prezidentlərinin xoş niyyətlə qarşıladığı Ramazanın amerikalıların daha çox məlumatlanmalarına yardım etdiyini deyir.