KXCP sədri Mirmahmud Mirəlioğlunun Amerikanın Səsinə müsahibəsi
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Amerikanın Səsinə müsahibəsində Milli Şuranın avqustun 12-də keçirilən sessiyasının nəticələri, Rüstəm İbrahimbəyovun vahid namizədliyi, onun Rusiya vətəndaşlığından imtina məsələsində yaranan problemlər və əlavə prezidentliyə namizədlərin irəli sürülməsindən danışıb. Mirəlioğlu Milli Şuranın dünənki sessiyasına sədrlik edib.
Müsahibədən seçmələr:
- Müzakirə olunan mövzuların çoxluğundan, seçkilərə start verildiyi üçün vaxt darlığının yaranmasından, vahid namizədimizin gəlib çıxmamasından, bütün partiyaların və üzvlərin geniş müzakirələrin tərəfdarı olduğundan sessiya uzun çəkdi;
- Rüstəm İbrahimbəyovun Milli Şura üzvlərinə müraciətində deyilir ki, siyasi partiyalar prezidentliyə öz namizədlərini irəli sürə bilərlər;
- Sessiyada əlavə vahid namizəd məsələsi də müzakirə mövzusuna çevrildi və onların adları çəkildi;
- Milli Şuranın növbəti sessiyası avqustun 19-da keçiriləcək. MŞ-də təmsil olunan siyasi partiyalar avqustun 19-dək və ondan sonra da prezidentliyə namizədlərini irəli sürə bilər. Yəqin ki, avqustun 19-da Rüstəm İbrahimbəyovun da vətəndaşlıqdan imtina məsələsi həll olunar və ölkəyə dönər;
- İsa Qəmbər Milli Şuranın deyil, Müsavat Partiyasının namizədi kimi seçkilərdə iştirak edə bilər, onu dəstəkləyə bilərlər. Milli Şurada istənilən şəxslərin siyasi mənsubiyyət məsələsi olacaqsa, bu artıq Milli Şuranın sonu olacaq. Bu mümkün deyil. Bunu İsa bəy də bilir. Milli Şuranın vahid namizədi yalnız və yalnız Rüstəm İbrahimbəyovdur;
- Zaman Vladimir Putinin zamanıdır. Amma, Rüstəm İbrahimbəyovun namizədlik məsələsində bazarlaşma məsələsi nə zahirən, nə də daxilən ola bilməz;
- Rüstəm İbrahimbəyovun namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmasa kütləvi aksiyalar, məhkəmə və qanunun icazə verdiyi bütün yollarla müdafiə olunacaq.
Müsahibədən seçmələr:
- Müzakirə olunan mövzuların çoxluğundan, seçkilərə start verildiyi üçün vaxt darlığının yaranmasından, vahid namizədimizin gəlib çıxmamasından, bütün partiyaların və üzvlərin geniş müzakirələrin tərəfdarı olduğundan sessiya uzun çəkdi;
Siyasi partiyalar prezidentliyə öz namizədlərini irəli sürə bilərlər.
- Sessiyada əlavə vahid namizəd məsələsi də müzakirə mövzusuna çevrildi və onların adları çəkildi;
- Milli Şuranın növbəti sessiyası avqustun 19-da keçiriləcək. MŞ-də təmsil olunan siyasi partiyalar avqustun 19-dək və ondan sonra da prezidentliyə namizədlərini irəli sürə bilər. Yəqin ki, avqustun 19-da Rüstəm İbrahimbəyovun da vətəndaşlıqdan imtina məsələsi həll olunar və ölkəyə dönər;
İsa Qəmbər Milli Şuranın deyil, Müsavat Partiyasının namizədi kimi seçkilərdə iştirak edə bilər.
- Zaman Vladimir Putinin zamanıdır. Amma, Rüstəm İbrahimbəyovun namizədlik məsələsində bazarlaşma məsələsi nə zahirən, nə də daxilən ola bilməz;
Zaman Vladimir Putinin zamanıdır.