Accessibility links

Milli Şura Rüstəm İbrahimbəyovun vahid namizədliyini qüvvədə saxladı [Eldar Namazovla müsahibə]


Milli Şuranın iclas keçirdiyi binanın önü
Milli Şuranın iclas keçirdiyi binanın önü

BŞİH-yə avqustun 18-də 20 minlik mitinq üçün müraciət edilib

"Bu gün Milli Şura iki mühüm qərar qəbul etdi. Birincisi, Rüstəm ibrahimbəyovun vahid namizədliyi təsdiq olundu. İkincisi Milli Şuranın 18 avqusta mitinq təyin etməsi oldu", deyə Milli Şuranın icra aparatınnı rəhbəri Eldar Namazov Amerikanın Səsinə müsahibəsində bildirib. Dörd saatdan artıq davam edənmüzakirələrdən dərhal sonra danışan Namazov tezliklə Azərbaycanın bütün rayonlarında cənab İbrahimbəyovun namizədliyini müdafiə etmək üçün müvafiq qurumların təsis olunacağını bəyan edib.

please wait

No media source currently available

0:00 0:07:15 0:00
Direct link

---------------------------------------------------------------------------------------------------------
Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinə avqustun 18-də yerli vaxtla saat 17:00-dan 20:00-dək 20 minlik tərəfdarlarının iştirakı ilə mitinq keçirmək üçün müraciət edib. Mitinq üçün Milli Şura 4 yer təklif edib: Dərnəgül Metrosunun qarşısındakı meydan (Bİnəqədi rayonu), Təbriz Kinoteatrının qarşısı (Nizami rayonu), Nəriman Nərimanov metrosunun qarşısındakı meydan (Nərimanov rayonu), Bayıl qəsəbəsindəki sürücülük məktəbinin qarşısındakı meydan (Səbayel rayonu).

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın müraciətinə qarşıdakı günlərdə cavab verməlidir. Müraciət Bakı şəhər İcra Hakimiyyətinə bu gün təqdim olunub.

Nəhayət ki, Azərbaycanda bütün demokratik qüvvələri birləşdirən bir koalisiya yaranıb.
Eldar Namazov
Mitinqin təşkilatçıları Açıq Cəmiyyət Partiyası, Liberal Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası və Milli Şurada təmsil olunan digər siyasi partiyalardır. Məlumat Amerikanın Səsinə Milli Şuradakı mənbədən daxil olub.
----------------------------------------------------------------------------
Milli Şura üç saatdan artıqdır ki, prezidentliyə vahid namizəd və ya ikinci ehtiyat namizədin irəli sürülməsi ilə bağlı məsələni müzakirə edir.

Amerikanın Səsinin əməkdaşının hadisə yerindən verdiyi məlumata görə müzakirələr kəskin tonda gedir və hələ də ümumi razılığa gəlinməyib.

Milli Şuranın bir çox üzvləri kinodramaturq Rüstəm İbrahimbəyovun vahid namizədliyinin sonadək müdafiəsinə təkid edir. Digər çoxluq isə cənab İbrahimbəyovun vahid namizədliyinə əlavə olaraq Mehman Əliyev, Cəmil Həsənli və ya Rafiq Əliyevin ikinci ehtiyat namizəd kimi irəli sürülməsini istəyir.

"Təxminən bir saat öncə Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov müzakirələrin 30-35 dəqiqə ərzində başa çatacağını bildirsə də, müzakirələr hələ də davam edir" deyə Amerikanın Səsinin əməkdaşı hadisə yerindən xəbər verir.

Toplantı Klassik Xalq Cəbhəsi Partiyasının baş qərargahında keçirilir. Hazırda onlarla müxbir binanın qarşısında toplantının başa çatmasını gözləyir. Xəbər yenilənəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG