Accessibility links

Eldar Namazov: Bu bəyanat Saakaşvilinin demokrat imicinin dəfninin son nöqtəsidir [Audio-Müsahibə]


Eldar Namzaov
Eldar Namzaov

Milli Şura Gürcüstan prezidentinə cavab verib

Demokratik Qüvvələrin Milli Şurasının İcra Aparatının rəhbəri Eldar Namazov Amerikanın Səsinə müsahibəsində Gürcüstan prezidenti Mixeil Saakaşvilinin Milli Şura və Milli Şuranın Tbilisidə keçirdiyi iclas barədə bəyanatına cavab verib.

APA agentliyinin məlumatına görə, Gürcüstan prezidenti Mixeil Saakaşvili bildirib ki, Azərbaycan müxalifətinin Gürcüstanda toplantı keçirən nümayəndələri Rusiya tərəfindən göndərilib”.
Prezident bu cür məsələlərdə hökuməti ehtiyyatlı olmağa çağırıb: “Sizə məlumdur ki, dünən və srağagün Gürcüstanda prezident İlham Əliyevə opponent olmaq istəyənlər Moskvadan buraya gəlib toplantı keçiriblər. Hamının siyasi fəal olmaq haqqı var. Biz demokratik, azad ölkəyik, lakin çox gözəl bilirik ki, məhz Rusiya Federasiyasında bu insanları idarə edirlər və maliyyələşdirirlər. Bu insanlar onlar tərəfindən konkret məqsədlə, Azərbaycanda siyasi stabilliyi pozmaq üçün ortaya atılıblar. Amma bilməliyik ki, Azərbaycanın siyasi stabilliyi Gürcüstanın da siyasi stabilliyini şərtləndirir”.


M. Saakaşvili Gürcüstanın kiçik, həssas vəziyyətdə olan dövlət olduğunu xatırladıb: “Bizim ərazimiz qonşularımızın əleyhinə siyasi manipulyasiya üçün istifadə olunmamalıdır. Bu məsələdə çox ehtiyatlı olmalıyıq”, o qeyd edib.

Eldar Namazov isə müsahibəsində Saakaşvilinin bəyanatını kəskin tənqid edib.


Eldar Namazovla müsahibə
please wait

No media source currently available

0:00 0:05:38 0:00
Direct link


Sual: Gürcüstan prezidenti Mixeil Saakaşvili Milli Şuranın Tbilisidə keçirilən iclasını qınayıb və Gürcüstan hökumətinin belə məsələlərdə ehtiyatlı olmasını bildirib. Necə qiymətləndirirsiniz?

Niyə, Azərbaycan xalqının bu hüquqdan, azadlıqlardan bəhrələnmək istəyini Mixeil Saakaşvili qəbul etmir? Ancaq deyir ki, Gürcüstan azad, demokratik ölkədir.
Cavab: Saakaşvilinin bu bəyanatını, onun demokrat imicinin dəfn olunmasının son nöqtəsi kimi dəyərləndirmək olar. Açıqlamasındakı bir sıra məqamlar Saakaşvilinin iç üzünü açır.

Birinci, onun bəyanatında açıq rasist, millətçi əhval ruhiyyə hiss olunur. O Gürcüstan haqqında deyir ki, bəli biz demokratik ölkəyik, bizdə hər cür azadlıqlar təmin olunmalıdır. Ancaq, eyni zamanda hesab edir ki, Azərbaycan xalqı demokratiya uğrunda mübarizə aparmamalıdır. Azərbaycan xalqı avtoritar rejimə qarşı etirazını bildirməməlidir. Azərbaycan xalqı azad və ədalətli seçkilər keçirmək uğrunda addımlar atmamalıdır.

Niyə, Azərbaycan xalqının bu hüquqdan, azadlıqlardan bəhrələnmək istəyini Mixeil Saakaşvili qəbul etmir? Ancaq deyir ki, Gürcüstan azad, demokratik ölkədir.

İkinci məqam odur ki, Saakaşvili Azərbaycanda uzun illər demokratiya, Avropaya inteqrasiya uğrunda mübarizə aparan demokratik qüvvələri açıq-aydın təhqir edir və iddia edir ki, guya bu qüvvələr hansısa bir Rusiyanın layihəsidir. Halbuki Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Vaşinqtona, Avropaya səfərləri, mənim bu yaxınlarda ABŞ Konqresində, Ağ Evdə, Amerikanın Təhlükəsizlik Şurasında, Dövlət Departamentində görüşlərim, Milli Şuranın tərkibində uzun illərdir qərb institutları, aparıcı qərb dövlətləri ilə əməkdaşlıq edən Azərbaycanın aparıcı siyasi partiyaları, vətəndaş cəmiyyətinin liderləri, demokratiya uğrunda mübarizə nəticəsində siyasi məhbus olmuş onlarla insanlar var. Belə bir qurumu Rusiyanın layihəsi adlandırmaq Saakaşvilinin açıq-aydın hansısa konyektur siyasi motivlərindən xəbər verir.

Bununla da bağlı Saakaşvili açıq-aydın yaxın zamanlarda özünə sığınacaq axtarır.
Nəhayət, üçüncü vacib məqam onun konyektur siyasi motivləri ilə bağlıdır. Birinci dəfə deyil ki, Saakaşvili Azərbaycanda mövcud olan avtoritar, korrupsiyalaşmış rejimə açıq-aydın siyasi, informasiya və mənəvi xidmətlər göstərir. Sirr deyil ki, Saakaşvilinin prezident kürsüsündə qalmasına yalnız bir neçə ay qalıb. O da sirr deyil ki, Gürcüstanda azad seçkilər nəticəsində qalib gələn hakimiyyət Saakaşviliyə qarşı çox ciddi ittihamlar irəli sürür. Elitar korrupsiya, rəqiblərinə qarşı hüquq-mühafizə orqanlarının resurslarından istifadə etməsi, qeyri-qanuni təqib və həbslərlə bağlı ittihamlar var. Bununla da bağlı Saakaşvili açıq-aydın yaxın zamanlarda özünə sığınacaq axtarır.

Təsadüfi deyil ki, o sığınacağı hansısa bir demokratik ölkədə yox, məhz avtoritar, korrupsiyalaşmış rejimlərə yarınmaqla buna nail olmaq istəyir.

Mən Tbilisidə olanda bir neçə dəfə küçədə sadə gürcülərlə söhbətlər etdim. Orada Saakaşvili ilə bağlı bir xoş söz deyən adam qalmayıb.

Sosioloji sorğulara görə, indi onun reytinqi sıfıra yaxındır və başının üstündə törətdiyi cinayətlərə görə prezident kürsüsünü tərk edən kimi ona qarşı hüquq-mühafizə orqanları tərəfindən çox ciddi ittihamlar irəli sürüləcək. Belə bir insanın indi
Çox təəssüf olsun ki, bir sadə gürcü dediyi kimi, “o adam çox yaxşı başlamışdı, ancaq sonra Gürcü xalqının ümidlərini doğrultmadı”.
Azərbaycanda mövcud olan avtoritar, korrupsiyalaşmış bir rejimin əsas beynəlxalq müdafiəçisinə çevrilməsi çox acınacaqlı, komik və farsa bənzəyən bir mənzərə yaradır.

Çox təəssüf olsun ki, bir sadə gürcü dediyi kimi, “o adam çox yaxşı başlamışdı, ancaq sonra Gürcü xalqının ümidlərini doğrultmadı”. Mənə elə gəlir ki, Saakaşvili Azərbaycanın avtoritar rejiminin ümidlərini doğrultmağa yox, öz xalqının ümidlərini doğrultmağa çalışmalıdır.

Sual: Saakaşvili eyni zamanda bildirib ki, Milli Şura Rusiyanın layihəsidir və Azərbaycanda stabilliyin pozulmasına yönəlib. Milli Şuranın Azərbaycanda stabilliyin pozulmasına yönəlik addımlar atmaq planı varmı?

Cavab: Hamıya bəllidir ki, Milli Şura öz platformasını irəli sürüb. Milli Şuranın keçid dövrü ilə bağlı platforması açıq iclasda müzakirə olunub, hamı tərəfindən qəbul edilib və səsvermədə bunun əleyhinə olan olmayıb. Platformanın əsas xətti azad və ədalətli seçkilər vasitədi ilə demokratiya keçidi təmin etməkdir.

Kim belə ifadəni işlədə bilər? Yalnız harınlamış, korrupsiyalaşmış avtoritar rejimlər və Mixail Saakaşvili.
Dünyada yalnız iki qüvvə Azərbaycan xalqının Demokratik Qüvvələrinin Milli Şurasının azad, ədalətli seçkilər keçirməsini stabilliyi pozmaq və az qala dövlət çevrilişinə cəhd kimi qəbul edir. Bu Azərbaycanın korrupsiyalaşmış rejimi və Mixeil
Sakaşvilidir.

Nə vaxtdan azad, ədalətli seçkilər keçirmək istəyi stabilliyi pozmaq kimi qiymətləndirilir? Kim belə ifadəni işlədə bilər? Yalnız harınlamış, korrupsiyalaşmış avtoritar rejimlər və Mixail Saakaşvili.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG