ABŞ Konqresinin Helskinki komissiyası Azərbaycanda insan haqlarına dair dinləmələr keçirəcək
Musavat,com saytının məlumatına görə, 5 nəfərlik nümayəndə heyətinə Milli Şuranın sədri və ölkə müxalifətinin 2013-cü il prezident seçkilərində vahid namizədi Rüstəm İbrahimbəyov başçılıq edəcək. AXCP, Müsavat, El hərəkatı heyətdə bir nəfərlə təmsil olunacaq. 5-ci şəxs isə Milli Şuranın beynəlxalq əlaqələr komitəsinin rəhbəridir.
Sayt yazır ki, artıq Milli Şura sədrinə və nümayəndə heyətinin üzvlərinə səfərlə bağlı detallı bilgi verilib. 5 gün davam edəcək səfərin proqramına ABŞ prezidentinin Güney Qafqaz Məsələləri üzrə köməkçisi ilə görüş, ABŞ Konqresində, Dövlət Departamentində və Pentaqonda dinləmələr və müzakirələr daxildir. Vaşinqtondan göndərilən sənəddə Milli Şura üzvlərinin gələcək əməkdaşlıq, strateji tərəfdaşlıq məsələlərinin, eləcə də Azərbaycanda mövcud siyasi durum, seçki mühiti, söz, media, sərbəst toplaşmaq azadlıqlarının, ümumilikdə insan haqlarının durumu ilə bağlı müzakirələrə dəvət edildiyi bildirilir.