“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, prezidentliyə namizəd Ərəstun Oruclu bugünkü mətbuat konfransında öz seçkiqabağı platformasının əsas istiqamətlərini təqdim edib.
İlk növbədə o qeyd edib ki, seçkilərə 3,5 ay qalsa da, ölkədə ali post uğrunda siyasi mübarizə atmosferi yoxdur. Prezident hakimiyyəti mütləqiyyətədək qeyri-məhduddur, bu, yalnız Konstitusiyanın müddəaları ilə deyil, həm də qanunverici və məhkəmə hakimiyyətinin legitimliyinin olmaması ilə bağlıdır.
“Mütləq hakimiyyət və bundan irəli gələn davranış ölkənin daxili və xarici siyasətinə, gələcəyinə mənfi təsir göstərir”, - Ə.Oruclu vurğulayıb.
Onun seçkiqabağı platformasının əsas bəndlərindən biri dövlət idarəetmə sahəsində islahatlar və real hakimiyyət bölgüsünün təminatıdır. Əsasən Ə.Oruclu prezidentin qanunvericilik təşəbbüsündən məhrum edilməsini və ya minimumadək məhdudlaşdırılmasını təklif edir.
Sonra o, hakimiyyətin desentralizasiyasını və tədricən onun yerlərdə bələdiyyələrə verilməsini təklif edir. İndiki şəhər və rayon icra hakimiyyəti orqanları sisteminin əvəzinə prezidentin regional nümayəndəliklərinin təsis olunması təklif edilir. Onların funksiyası mərkəzi hakimiyyətin qərarlarının həyata keçirilməsinə və qanunlara əməl olunmasına nəzarətdən ibarət olacaq.
Pul-maliyyə sistemi unitar qalmalıdır, vergilər yerli və mərkəzi olaraq bölünməlidir. Parlament deputatlarının sayının 125-dən 200-dək artırılması, seçkilərin qarışıq majoritar-proporsional sistem üzrə keçirilməsi təklif olunur.
Baş naziri parlament təyin etməlidir. Namizədlikləri prezidentin razılığı ilə irəli sürüləcək hökumət üzvləri və baş naziri də parlament təsdiqləməlidir. Hökumət parlamentə hesabat verməlidir. Məhkəmələrin müstəqilliyinin təminatı üzrə islahatlar vacibdir. Lakin Ə.Oruclu öz proqramında əsas məqam kimi korrupsiyaya qarşı mübarizəni göstərir.
Ə.Oruclu qanunsuz gəlirlərin ekspropriasiyasını qeyri-effektiv hesab edir və mülkiyyətin amnistiya yolu ilə leqallaşmasını təklif edir. Əlbəttə, narkotik maddə satışından, insan alverindən və digər kriminal cinayətlərdən əldə olunan sərvət birmənalı olaraq müsadirə olunmalıdır.
Korrupsiya sövdələşmələri nəticəsində əldə olunan var-dövlət birdəfəlik iri məbləğdə rüsum qoyulması yolu ilə leqallaşdırıla bilər.
Vətəndaşların mülkiyyət hüquqlarının təminatı da vacibdir. Təkcə Bakıda və Abşeronda 500 minə yaxın evin sənədi yoxdur ki, bu da daşınmaz əmlakın qeydiyyatı sisteminin korrupsiyaya uğraması ilə bağlıdır. Bəzən mülkiyyət hüquqlarının sənədləşdirilməsi üçün rüşvətin məbləği 15-30 min manat təşkil edir.
Bundan əlavə, bəzən vətəndaşlar adekvat kompensasiya almaq imkanlarından məhrum olunur.
“Vətəndaşların mülkiyyətinə qarşı barbar münasibət praktikasına son qoyulmalıdır”, - Ə.Oruclu vurğulayıb.
İqtisadi sahədə kiçik və orta sahibkarlığın dəstəklənməsi, vergi, gömrük sisteminin sadələşdirilməsi, bank sektorunun diversifikasiyası təklif olunur.
“Bank sektoru 5-6 ailənin əlində cəmlənib, üstəlik 80%-i bir ailənin. Bu səbəbdən də kreditlər üzrə dərəcələr çox yüksəkdir, 16-18%”, - Ə.Oruclu qeyd edib.
O, Azərbaycanın tezliklə ÜTT-yə daxil olmasına, investisiya axını, o cümlədən bank sektoru üçün şəraitin yaradılmasına tərəfdardır.
Ə.Oruclu həmçinin seçkilərin saxtalaşdırılmasına görə cəzanın sərtləşdirilməsinə tərəfdardır.
Təhsil sahəsində dövlət ali məktəblərində pulsuz təhsil təklif olunur. Çünki əhalinin əksəriyyəti təhsil haqqını ödəyə bilmir. Dövlət tələbələrin xaricdə təhsilinin maliyyələşdirilməsi üzrə proqramı yerinə yetirmir. B məqsədlə 16,5 mln. manatın ayrılmasına baxmayaraq, bunun üçdə bir hissəsi yerinə yetirilir. Belə ki, Ramiz Mehdiyevin rəhbərliyi ilə komissiya tələbələrin etibarlı, sədaqətli olmasını müəyyən etmək üçün onların nəsil-nəcabətini araşdırmağa başlayır.
Ə.Oruclu təhlükəsizlik sahəsində siyasəti də tənqid edib. Belə ki, Ukraynadan təmir olunmuş hərbi təyyarələr alınır, onlara naviqasiya avadanlığı isə Fransadan alınır. Həmçinin böyük sayda pilotsuz təyyarənin alınması da aydın deyil. Ə.Oruclu Rusiyadan iri partiya silah alınmasından narazılığını bildirib. O, ölkənin hərbi potensialının güclü aviasiya parkının hesabına möhkəmləndirilməsini vacib sayır.
Qarabağ münaqişəsinə toxunan Ə.Oruclu deyib ki, Azərbaycanın ərazi güzəştləri planında kompromislər yolverilməzdir. Eyni zamanda o hesab edir ki, problemin güc yolu ilə həlli yoxdur. Dinc prosesin uğurla irəliləməsi üçün Azərbaycan güclü vətəndaş cəmiyyətinə malik demokratik dövlət olmalıdır. O, xarici siyasət sahəsində əsas kurs kimi Azərbaycanın Avropa İttifaqı və NATO-ya daxil olmasını sayır.
Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) ilə əməkdaşlığa gəlincə, Ə.Oruclu bunu istisna etmir. “Bizim üçün dəyərlər prioritetdir, şəxsin özü yox”, - o qeyd edib.
O, DQMŞ-dən vahid namizədi dəstəkləyib-dəstəkləməyəcəyi barədə suala “namizədliyimi Rüstəm İbrahimbəyovun xeyrinə geri götürməyəcəm”, birmənalı cavab verib.
Lakin seçkilər üçün demokratik şəraitin yaradılmasından ötrü bütün siyasi qüvvələrlə dialoqa hazır olduğunu bildirib.
Onun fikrincə, əgər siyasətçilər adamların real problemlərindən danışsa, vətəndaşları hakimiyyətin fikirlərinin yalan olmasına inandırsa əhali seçkilərdə fəal iştirak edər.
Buna misal olaraq o, işsizliyin və yoxsulluğun 5-6%-dək azalması barədə İlham Əliyevin fikirlərinin əsassız olduğunu qeyd edib. Pul ödənilən şəxslər azdır: 270 min müəllim, 97 min həkim, 1,271 mln. pensiyaçı və 300 minə yaxın işsiz var.
Bundan əlavə, təkcə 2011-ci ildə Azərbaycandan Rusiyaya qazanc üçün 500 minə yaxın miqrant gedib. Hamısı bir yerdə 938 min nəfər təşkil edir, bu isə işçi əhalinin 21,5%-dir. Minimal istehlak səbətinin həcmi 93-125 manat, qeyri-rəsmi məlumatlara görə, 154-210 manatdır.
Ə.Oruclu deyib ki, Quba və İsmayıllı hadisələri xalqın öz hüququ, şərəf və ləyaqəti uğrunda mübarizəyə hazır olmaq üçün potensialını ortaya qoydu.
Ərəstun Oruclu 1963-cü il avqustun 18-də Şəmkir şəhərində anadan olub. İxtisasca həkimdir. 1992-93-cü illərdə Xalq Cəbhəsi hökumətində Milli Təhlükəsizlik Nazirliyində çalışıb.
1996-2011-ci illərdə Azərbaycanın Fridrix Nauman Fondundakı nümayəndəsi olub. 2004-cü ildən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinə rəhbərlik edib. Onun prezidentliyə namizədliyini gənclər qrupu tərəfindən təsis edilən “Azərbaycan 2013” Hərəkatı irəli sürüb.