Accessibility links

Sülhəddin Əkbər: Milli Şuranın vahid namizədinin qeydə alınmaması seçkinin olmaması demək olar (Video)


Sülhəddin Əkbər: Milli Şuranın vahid namizədinin qeydə alınmaması seçkinin olmaması demək olar
please wait

No media source currently available

0:00 0:04:47 0:00

Sülhəddin Əkbər: Milli Şuranın vahid namizədinin qeydə alınmaması seçkinin olmaması demək olar

Milli Şura komitələrini formalaşdırıb

İyulun 9-da Milli Şuranın Açıq Cəmiyyət Partiyasının (ACP) mənzil-qərargahında üçüncü sessiyası keçirilib.

Sessiyada sədrlik edən ACP sədri Sülhəddin Əkbər keçirdiyi brifinqdə bir sıra komitələrin tərkibinin formalaşdırıldığını bildirib.

İqtisadi komitəyə Qubad İbadoğlu, sosial komitəyə Eldar Əliyev (Liberal Partiyanın üzvü), hüquq komitəsinə Vidadi Mirkamal, beynəlxalq münasibətlər komitəsinə Gültəkin Hacıbəyli, ictimaiyyətlə əlaqələr komitəsinə Mehman Əliyev, etika komitəsinə Nurəddin Mustafayev, Qarabağ komitəsinə Cəmil Həsənli rəhbərlik edəcək.

Eyni zamanda, hələlik mitinqlər və kütləvi tədbirlər, qadınların və gənclərin işləri üzrə komitələr formalaşdırılmayıb. Bu məsələlər üzrə müzakirələr davam edir.

Sessiyanın gündəliyindəki ikinci məsələ DQMŞ-dən vahid namizəd olan Rüstəm İbrahimbəyovun seçki qərargahının formalaşdırılmasıdır.

S.Əkbərin sözlərinə görə, çox güman ki, qərargaha DQMŞ İcra Aparatını rəhbəri Eldar Namazov rəhbərlik edəcək.

Hakimiyyətin İbrahimbəyovun namizədliyini qeydə almayacağı təqdirdə ehtiyat namizədin irəli sürülməsi mümkünlüyünə baxılıb-baxılmaması haqqında suala cavabda Əkbər deyib:

“Milli Şuranın vahid namizədi var. Onun qeydiyyata alınmaması seçki olmayacağı demək olacaq”.

DQMŞ nümayəndə heyətinin ABŞ-a səfərinə gəlincə, Əkbər deyib ki, bu struktur dəvət almayıb. Lakin DQMŞ-nin ayrı-ayrı üzvləri iyulun 16-da Helsinki Komissiyasında dinləmələrə dəvət edilib.

Sessiya günün ikinci yarısında formalaşdırılmış komitələrlə yanaşı insan hüquqları, mitinq və kütləvi tədbirlərin keçirilməsi, qadınlar və gənclərin işləri üzrə komitələrin yaradılmasını qərara alıb.

Komitələrin personal heyətləri təqdir edilib. Rəhbər orqanlara seçkilər iyulun 16-da növbəti sessiyada olacaq. Həmin sessiyada DQMŞ-dən prezidentliyə vahid namizəd Rüstəm İbrahimbəyovun seçki qərargahının strukturunun və personal heyətinin təsdiqlənməsi nəzərdə tutulur.

Həmçinin DQMŞ-yə yeni üzvlərin qəbulu qaydaları təsdiqlənib. Potensial namizəd DQMŞ-nin ümumi siyahısının (hazırda 131) üçdə birinin dəstəyini qazanmalıdır. Qəbul barədə qərar DQMŞ üzvlərini iclaslarında iştirak edən səs çoxluğu ilə qəbul olunacaq.
XS
SM
MD
LG