Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların perspektivləri müzakirə olunub
Prezident İlham Əliyev mayın 23-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Yan Kellini (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Prezidentin rəsmi saytının məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Minsk qrupunun həmsədrləri Azərbaycandan Ermənistana gedəcək.