Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Nezavisimaya Qazeta”ya müsahibəsində Rusiya-Azərbaycan münasibətləri və Qarabağ münaqişəsinin tənsimlənməsi məsələlərinə toxunub.
Qəbələ RLS-in icarə müddətinin uzadılmasından imtina edildikdən və Baku-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin nəqli haqqında müqavilənin ləğvindən sonra ikitərəfli münasibətlərin pisləşdiyini demək olar?
Bu suala cavabda Məmmədyarov bildirib ki, Sergey Lavrovla konstruktiv fikir mübadiləsi aparıb.
“Sözügedən müqavilələrin ləğvi iqtisadi səbəblərlə bağlıdır”, deyə o bildirib.
Daha sonra nazir ATƏT-i ikili standartlarda ittiham edib.
“Onlar həmişə qanunun aliliyindən danışırlar, amma özləri Azərbaycanın ATƏT ofisinin statusunu dəyişdirməsinə etiraz edirlər, bir halda ki, bizim ev sahibi olaraq ATƏT nümayəndəliyinin hansı səviyyəyə malik olmalı olduğunu həll etmək hüququmuz var”, deyə o bildirib.
ATƏT-in bizim regiondakı fəaliyyətində ikili standartlarla qarşılaşırıq, deyə Məmmədyarov şikayət edib.
Qarabağ münaqişəsi barədə suala cavabda o bildirib ki, düşdüyümüz dairədən çıxa bilmək üçün səyləri üçqat artırmaq lazımdır.
Anlaşılır ki, məsələnin mürəkkəbləşdirici məqamı Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğudur, yəni status probleminin mövcudluğunu nəzərə alaraq, Qarabağa toxunmuruq. Amma status məsələsini həll etməzdən əvvəl danışıqlar masasını çətinliklərdən təmizləmək lazımdır. Bu Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin iştirakıdır.
Danışıqların əsasını təşkil edən Madrid prinsiplərinin mahiyyəti nədən ibarətdir?
Müəyyən edilmiş tarixdə Dağlıq Qarabağ ətrafındakı 7 rayon bizə qaytarılır, bunun əvəzində Ermənistan tərəfi təhlükəsizlik zəmanəti və Dağlıq Qarabağ müvəqqəti status alır. Üstəgəl, iqtisadi inkişaf, qaçqınların qaytarılması, kommunikasiyaların açılması, insanlar normal yaşayışına qayıdır. Bunlar tədricən, Qarabağın statusunun müəyyən edilməli olduğunu anlayaraq həll ediləcək. Bütün bunlar daxilində Ermənistan tərəflə məsələni həll etməyə hazırıq, deyə Məmmədyarov bildirib.
Təmas xəttində gərginlik artır və bundan sonra böhran vəziyyəti yaranacaq. Çünki ölkələr arasındakı uçurum böyüyür. “Döyüş əməliyyatlarının başlamasını istəmirik”, deyə Məmmədyarov bildirib.
Azərbaycan NATO qoşunlarının Əfqanıstandan çıxarılmasına cəlb ediləcəkmi? – sualına cavabda nazir deyib ki, qoşunlar təyyarələrlə Bakıya gələcək, daha sonra dəmir yolu ilə Gürcüstana və ya Türkiyəyə gedəcək.
Xəzərdə ABŞ hərbi-dəniz bazası yarana bilərmi? Bu suala cavabda nazir qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə ölkə ərazisində xarici hərbi bazanın mövcudluğu istisnadır.
İsraillə hərbi əlaqələr haqqında suala cavabda o deyib ki, Azərbaycan həmişə öz milli maraqlarına uyğun şəkildə siyasət qurmağa çalışır. Deməzdim ki, bizim İranla problemlərimiz var. İsrailə səfərimi müşaiyət edən bəzi ruhanilərin ayrı-ayrı bəyanatlarını nəzərə almasaq. Bu günlərdə İranlı həmkarım Əli Əkbər Salehi ilə səmimi söhbətim olub. O, məni Tehranda konfransa dəvət edib, amma təəssüf ki, gedə bilməyəcəyəm”, deyə nazir bildirib.
Sözügedən müqavilələrin ləğvi iqtisadi səbəblərlə bağlıdır
Bu suala cavabda Məmmədyarov bildirib ki, Sergey Lavrovla konstruktiv fikir mübadiləsi aparıb.
“Sözügedən müqavilələrin ləğvi iqtisadi səbəblərlə bağlıdır”, deyə o bildirib.
Daha sonra nazir ATƏT-i ikili standartlarda ittiham edib.
Onlar həmişə qanunun aliliyindən danışırlar, amma özləri Azərbaycanın ATƏT ofisinin statusunu dəyişdirməsinə etiraz edirlər.
ATƏT-in bizim regiondakı fəaliyyətində ikili standartlarla qarşılaşırıq, deyə Məmmədyarov şikayət edib.
Qarabağ münaqişəsi barədə suala cavabda o bildirib ki, düşdüyümüz dairədən çıxa bilmək üçün səyləri üçqat artırmaq lazımdır.
Anlaşılır ki, məsələnin mürəkkəbləşdirici məqamı Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğudur, yəni status probleminin mövcudluğunu nəzərə alaraq, Qarabağa toxunmuruq. Amma status məsələsini həll etməzdən əvvəl danışıqlar masasını çətinliklərdən təmizləmək lazımdır. Bu Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin iştirakıdır.
Məsələnin mürəkkəbləşdirici məqamı Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğudur.
Müəyyən edilmiş tarixdə Dağlıq Qarabağ ətrafındakı 7 rayon bizə qaytarılır, bunun əvəzində Ermənistan tərəfi təhlükəsizlik zəmanəti və Dağlıq Qarabağ müvəqqəti status alır. Üstəgəl, iqtisadi inkişaf, qaçqınların qaytarılması, kommunikasiyaların açılması, insanlar normal yaşayışına qayıdır. Bunlar tədricən, Qarabağın statusunun müəyyən edilməli olduğunu anlayaraq həll ediləcək. Bütün bunlar daxilində Ermənistan tərəflə məsələni həll etməyə hazırıq, deyə Məmmədyarov bildirib.
Təmas xəttində gərginlik artır və bundan sonra böhran vəziyyəti yaranacaq. Çünki ölkələr arasındakı uçurum böyüyür. “Döyüş əməliyyatlarının başlamasını istəmirik”, deyə Məmmədyarov bildirib.
Azərbaycan NATO qoşunlarının Əfqanıstandan çıxarılmasına cəlb ediləcəkmi? – sualına cavabda nazir deyib ki, qoşunlar təyyarələrlə Bakıya gələcək, daha sonra dəmir yolu ilə Gürcüstana və ya Türkiyəyə gedəcək.
Deməzdim ki, bizim İranla problemlərimiz var.