Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Əbülfət Namazovun avqustun 31-də ölkədən çıxmasına imkan verilməyib.
RATI-nin twitter səhifəsində yayılan məlumata görə jurnalist proqramda iştirak etmək üçün ABŞ-a gedərkən Bakı aeroportunda saxlanılıb.
Sərhəd nəzarətini keçərkən ona bildirilib ki, ölkədən çıxışına qadağa qoyulub və o geri qayıtmalı olub.
Ötən həftə Ə.Namazov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə istintaq İdarəsində yerli və xarici QHT-lərin işi üzrə şahid kimi dindirilib.
Lakin jurnalistə ölkədən çıxışına qadağa qoyulması barədə xəbərdarlıq edilməyib.
Ə.Namazov Gürcüstan vətəndaşıdır.
İyulda RATİ-nin hesabı dondurulub. Avqustun 8-də qurumun ofisində axtarış aparılıb, avqustun 11-də ofis möhürlənib.
O vaxtdan RATİ əməkdaşları prokurorluğa dindirilməyə çağırılır.
Avqustun 8-dən RATİ-nin rəhbəri Emin Hüseynovun taleyi məlum deyil.