Accessibility links

RATİ-nin nümayəndəsi və ofisin sahibi prokurorluqda dindirilib [Yenilənib] [Video]


RATİ-nin nümayəndəsi və ofisin sahibi prokurorluqda dindirilib
please wait

No media source currently available

0:00 0:02:36 0:00

RATİ-nin nümayəndəsi və ofisin sahibi prokurorluqda dindirilib

RATİ-nin ofisinin qapıları möhürlənib

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstiutunun (RATİ) hüquqşünası Günay İsmayılova cümə axşamı Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsində 3 saatdan artıq dindirilib. Dindirmə vəkil Yalçın İmanovun iştirakı ilə keçirilib.

Dindirmə bir sıra yerli və xarici QHT-lərə qarşı cinayət işilə bağlı aparılıb. Hər iki şəxsdən istintaq sirrini yaymamaq haqda iltizam alınıb.

Prokurorluq G.İsmayılovaya istintaqın icazəsi olmadan xaricə getməyin yolverilməz olduğunu bildirib.

***

Bu gün yerli vaxtla saat 10-da Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) nümayəndəsi Günay İsmayılova və RATİ-nin icarəyə götürdüyü ofisin sahibi Şərqiyyə Hüseynova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Günay İsmayılova Amerikanın Səsinə bildirib ki, ona çağırış vərəqi göndərilməyib, müstəntiq şahid qismində dindirilməsi üçün telefonla dəvət edib. G.İsmayılovanın dindirilməsində vəkil Yalçın İmanov iştirak edir.

Şərqiyyə Hüseynova isə Amerikanın Səsinə deyib ki, onu sadəcə dəvət ediblər. “Mən evinmi qanuna uyğun olaraq icarəyə vermişəm. Müqaviləm var və vergi öhdəliyimi vaxtında yerinə yetirirəm. İndi evimin qapılarını istintaq orqanı möhürləyib. Səbəbi mənə bəlli deyil. Evimi icarəyə verməklə ailəmi dolandırıram” , deyə o narazılığını bildirib.

Avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi RATİ-nin ofisində axtarış aparıb. Ofisdən 15 kompüter (prosessor və monitor), 7 noutbook, 3 kamera, 12 fotoaparat, çoxsaylı yaddaş kartları, 200-dən çox video kaset, 200-dək disklər, 20-dən çox hard disklər, təhlükəsizlik kamerasının yaddaş diski, çoxsaylı sənədlər, - qrant müqavilələri, mühasibatlıq sənədləri, hüquqi sənədlər, möhürlər götürülüb. RATİ-nin direktoru Emin Hüseynovun ata evindən isə anasına məxsus kompüter, planşet və bir neçə sənəd götürülüb.

Avqustun 10-da isə prokurorluq RATİ-nin ofisinin qapılarını möhürləyib. Bununla da təşkilatın fəaliyyəti faktiki olaraq dayanıb.

Bu ilin mayında Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə çoxsaylı ev və ofislərdə axtarış aparılıb. Çoxsaylı QHT-lərin və fiziki şəxslərin bank hesablarına həbs qoyulub. Artıq 4 nəfər QHT fəalı həbs edilib.

XS
SM
MD
LG