Accessibility links

Emin Hüseynovdan xəbər yoxdur


Emin Hüseynovun Amerikanın səsinə müsahibəsi
Emin Hüseynovun Amerikanın səsinə müsahibəsi

RATİ-nin direktoru avqustun 8-dən sonra tapılmır

Artıq dördüncü gündür Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynovdan xəbər yoxdur.

Avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi RATİ-də axtarış apararkən Emin Hüseynov iştirak etməyib. Axtarışa rəhbərlik edən müstəntiq RATİ-nin direktorunun iştirakının vacib olmadığını bildirib.

RATİ-nin əməkdaşları və Emin Hüseynovun ailəsi onun harada olduğunu bilmir. Emin Hüseynovun mobil telefonu avqustun 10-dək zəngləri qəbul edib, amma cavab verən olmayıb. Avqustun 11-dən isə telefonu söndürülüb.

Baş Prokurorluğun mətbuat xidməti də Emin Hüseynovla bağlı məlumata malik deyil. “Mətbuat xidmətində Emin Hüseynovla bağlı hər hansı məlumat yoxdur”, mətbuat xidmətindən Turana bildiriblər.


XS
SM
MD
LG