Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli avqustun 6-da Qırmızı Xaç Komitəsinin Bakı ofisində olub.
Həbsdə olan Leyla və Arif Yunusların hüquqlarını Müdafiə Komitəsinin üzvü kimi C.Həsənli ciddi xəstəliklərdən əziyyət çəkən Yunusların vəziyətinin nəzarətə götürülməsini, onların lazımi dərmanla təmin edilməsini BQXK-dan xahiş edib.
Bu barədə Amerikanın Səsinə C.Həsənlinin özü bildirib.
Leyla və Arif Yunuslar dövlətə xəyanətdə və digər cinayətlər törətməkdə ittiham olunaraq həbs ediliblər. Lakin onlar ittihamları qəbul etmir.
Amnesty İnternational onları “vicdan məhbusları” kimi tanıyıb.