Accessibility links

Vəkil: Leyla Yunusun səhhəti pisləşib


vəkil Cavad Cavadov
vəkil Cavad Cavadov

Bu həftə ərzində L.Yunusun həbsilə bağlı apellyasiya şikayətinə baxılması gözlənilir

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti pisləşib. Bu barədə vəkil Cavad Cavadov avqustun 4-də onunla görüşündən sonra bildirib.

Kəskin şəkərli diabet xəstəliyi nəticəsində 2013-cü ilin sentyabr - oktyabr aylarında sağ və sol gözlərindən əməliyyat olunub. Bundan öncə də 4 dəfə əməliyyat olunub.

“Orqanizmdə olan şəkərin normada saxlanılması üçün o, xüsusi preparatlar qəbul edir və daim şəkərin nəzarət edilməsinə ehtiyacı var. Leyla Yunus bildirib ki, hazırda bunu etməy imkanı yoxdur. Bundan əlavə hərəkətsizlik və havada olmamaq onun vəziyyətini ağırlaşdırır. Şəkərli diabet onun sağ əlinə də təsir edir və baş barmağı keyləşir”, C.Cavadov bildirib.

Vəkil qeyd edib ki, bu həftə ərzində L.Yunusun həbsilə bağlı apellyasiya şikayətinə baxılması gözlənilir.

L.Yunus iyulun 30-da dövlətə xəyanət və digər cinayətlər törətməkdə ittiham olunaraq həbs edilib.

Onun həyat yoldaşı Arif Yunusa da oxşar ittihamlar irəli sürülüb. O, səhhətində problemlərə görə polis nəzarətindədir.

XS
SM
MD
LG