Accessibility links

RATİ-nin rəhbərinin anası prokurorluğa çağrılıb


İRFS logo
İRFS logo

Bu təşkilatın direktor müavini, mühasibi və digər əməkdaşları da prokurorluqda dindirilib

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun anası Firəngiz Hüseynova saat 15:00-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə dəvət olunub.

RATİ-nin mühasibi Tatyana Kryuçkina avqustun 21-də və şahid qismində dindirilib.

Avqustun 25-də RATİ-nin digər əməkdaşı Əbülfət Namazov 3 saata-dək Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib. Avqustun 14-də RATİ-nin sədr müavini Günay İsmayılova dindirilib.

Avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi RATİ-nin ofisində axtarış aparıb. Ofisdən 15 kompüter (prosessor və monitor), 7 noutbook, 3 kamera, 12 fotoaparat, çoxsaylı yaddaş kartları, 200-dən çox video kaset, 200-dək disklər, 20-dən çox hard disklər, təhlükəsizlik kamerasının yaddaş diski, çoxsaylı sənədlər, - qrant müqavilələri, mühasibatlıq sənədləri, hüquqi sənədlər, möhürlər götürülüb.

RATİ-nin direktoru Emin Hüseynovun ata evindən isə anasına məxsus kompüter, planşet və bir neçə sənəd götürülüb.

Avqustun 11-da isə prokurorluq RATİ-nin ofisinin qapılarını möhürləyib. Bununla da təşkilatın fəaliyyəti faktiki olaraq dayanıb.

RATİ-nin rəhbəri Emin Hüseynov və onun qardaşı Mehman Hüseynovun harada olduğu hələ də məlum deyil.

Bu ilin mayında Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət

Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə çoxsaylı ev və ofislərdə axtarış aparılıb. Çoxsaylı QHT-lərin və fiziki şəxslərin bank hesablarına həbs qoyulub. Artıq 4 nəfər QHT fəalı həbs edilib.

Yerli və beynəlxalq təşkilatlar cinayət işinin siyasi xarakterli olduğunu, müstəqil yerli QHT-lərin və xarici QHT-lərin Azərbaycanda fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirir.

XS
SM
MD
LG