İctimai Müdafiə Komitəsi dövlət başçısından Mahir Abdullayevin tapılmasına və onun oğurlanmasında iştirak edən vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsinə kömək etməsini xahiş edib
10 il bundan öncə, 2003-cü ilin oktyabrında oğurlanan Milli Təhlükəsizlik Nazirliyinin mayoru Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsi avqustun 14-də mətbuat konfransı keçirib.
Komitə sədri Azad Mürsəliyev mətbuat konfransının məqsədi kimi M.Abdullayevlə bağlı hesabat və saytın təqdim olunmasını göstərib. Hesabatı İctimai Təhqiqat Qrupu hazırlayıb.
M.Abdullayevin 2003-cü ildə itkin düşməsi bir qrup yüksək vəzifəli şəxsin himayəsi altında baş verən insan oğurluğu sayılır. Bunun insan oğurluğu olmasına əsas kimi M.Abdullayevin qardaşı, keçmiş rektor Elşad Abdullayevin yaydığı video-materiallar göstərilir. Hesabatda keçmiş rektor E.Abdullayev bu hadisələrdə zərərçəkən kimi tanınır. Video-materiallarda göstərilən şəxslərin 3-4-ü barəsində insan oğurluğuna görə yox, dələduzluqla bağlı cinayət işi açılmasına etiraz olunur.
Hakimiyyətin Abdullayevlər ailəsinə qadağa, təhdidlər işə saldığı deyilib. Xaricdə müalicə almalı olan ailə üzvlərinin xaricə çıxması yasaq edilib. Ailə üzvlərinin əmlak və mülklərinə həbs qoyulub. Müdafiə komitəsinə qoşulanlar və qoşulmaq istəyənlər təhdid edilir, bəziləri təhdidlərdən çəkinməyə məcbur olublar.
M.Abdullayevin Kürdəmirdə yaşayan qohumu Mübariz Abdullayevə hüquq-mühafizə orqanları təzyiqlərə başlayıb. Məqsəd də Elşad Abdullayevdən külli miqdarda pulları vəzifəli şəxslərin yox, M.Abdullayevin tələb etməsinə dair etiraf almaqdır.
Daha bir maraqlı məsələ var. 2003-cü il oktyabrın 13-də oğurlanmasına baxmayaraq, 2004-cü ilin iyununda milli təhlükəsizlik naziri Namiq Abbasovun əmri ilə Mahir Abdullayevə növbəti polkovnik-leytenant rütbəsi verilib.
MTN-nin mayoru olan M.Abdullayevin 2003-cü ildə oğurlanmasına baxmayaraq, hələ də cinayətin üstünün açılmaması bunda bəzi vəzifəli şəxslərin maraqları olması ilə əlaqələndirilir.
İstintaqsa hadisəyə insan oğurluğu yox, itkin düşmək kimi yanaşır. Bu məsələdə Abdullayevlər ailəsinin bütünlükdə zərərçəkən kimi tanınmamasına narazılıq edilir. Məsələni ictimailəşdirdiyinə görə Abdullayevlər ailəsinə, komitə üzvlərinə təzyiqlər artır. Hakimiyyət cinayətin üstünün açılmasında maraqlı olmamaqda ittiham edilir.
Təhqiqat qrupu istintaqa tövsiyələr də verir. Bu işdə adı keçən bütün vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması təklif edilir. Bu cinayət işi üzərində işləmiş 12-yə yaxın müstəntiq və prokurorun istintaqa peşəkar yanaşmadıqlarına görə cinayət məsuliyyətinə cəlb olunmaları tövsiyə edilib.
M.Abdullayevin böyük qardaşı İsmayıl Abdullayev qardaşı ilə bağlı cinayətin üstünün açılması üçün dövlət başçısı İlham Əliyevə bir daha müraciət edib. O, dövlət başçısına bu cinayətdə iştirakçı olan hər kəsin cinayət məsuliyyətinə cəlb olunmasını istədiyini qeyd edib.