Liviyanın üsyançı qüvvələri paytaxt Tripolini təcrid edəcəkləri barədə xəbərdarlıq veriblər. Cənub və qərb bölgələrində əsas şəhərləri ələ keçirən qüvvələr təchizat yollarını kəsməyə çalışır. Onlar Qəzzafinin bazasından 50 km-lik məsafədə yerləşən Zaviyə şəhərini tutduqlarını deyirlər. Bu şəhər ilk dəfə olaraq üsyançı qüvvələri paytaxta yaxınlaşdırmış olur. Dünən Zaviyədə Qəzzafiyə sadiq qüvvələrlə rəqib döyüşçülər arasında atışma olub. Müxalif döyüşçülərin Tripoli yaxınlığında yerləşən Surman və Qəryan şəhərlərinə də nəzarəti ələ keçirdiyi bildirilir.