Liviya qiyamçılarının paytaxt Tripolinin böyük hissəsinin onların nəzarəti altında olduğunu və Müəmmər Qəzzafinin hakimiyyətinə son qoyulduğunu demələrinə baxmayaraq, şəhərdə bu gün də ara-sıra döyüşlər davam edib. Üsyançılar döyüşlərə tankların Qəzzafiyə məxsus Bab Əl-Əziziyə düşərgəsindən çıxaraq atəş açmalarından sonra başlandığını deyirlər. Cənab Qəzzafinin harada olduğu məlum deyil.
Qiyamçılar Tripolinin daxili müdafiə xəttini yararaq, şəhərin mərkəzindəki Yaşıl Meydana daxil olduqdan sonra şəhərin minlərlə sakini bayram etmiş, Müəmmar Qəzzafinin Şəhidlər meydanındakı şəkillərini qopararaq ayaqlar altına atmışlar. Qiyamçılar Müəmmər Qəzzafinin iki oğlunu, o cümlədən siyasi varisi sayılan Seyf Əl-İslamı ələ keçirdiklərini deyirlər.
.