Accessibility links

Avropa İttifaqı:Liviya yeni dövrə qədəm qoyur


Avropa İttifaqı:Liviya yeni dövrə qədəm qoyur
Avropa İttifaqı:Liviya yeni dövrə qədəm qoyur

Avropa Ittifaqının Xarici işlər naziri Ketrin Eşton Müəmmər Qəzzafi rejiminin son dəqiqələrini yaşadığını deyib və Liviya liderini bundan sonra qan tökülməsinə yol verməmək üçün hakimiyyətdən getməyə çağırıb. Xanım Eşton Milli Keçid Şurası və müxalif qüvvələrdən mülki vətəndaşların qorunmasını, beynəlxalq insan hüquqlarına hörmət edilməsini və ölkədə sülh və sabitliyin bərqərar edilməsini istəyib. Avropa İttifaqının xarici işlər naziri bildirib ki, Liviya yeni dövrə qədəm qoyur və əlavə edib ki, demokratik prinsiplərin, ədalətin və insan hüquqlarının tam hörmət edildiyi yeni Liviyada keçid prosesinə başlamağın vaxtı gəlib çatıb. Xanım Eşton Avropa İttifaqının ölkədə demokratik islahatları dəstəkləməyə davam edəcəyini bildirib və Liviya xalqı ilə güclü tərəfdaşlıq münasibətlərinə sadiq qalacağına söz verib.

XS
SM
MD
LG